Türkiyəyə dəhşət yaşadan Şeyxin görüntüləri (FOTO)
Tarix: 24-07-2015 | Saat: 21:04
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər
32 nəfərin ölümünə səbəb olan qətliamı törədən canlı bomba əlini-qolunu yelləyərək gəldi və partlatdı.
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda 32 nəfərin ölümü, 104 nəfərin yaralanması ilə nəticələnən qətliamı
gerçəkləşdirən canlı bombanın partlayışdan öncəki görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, Şeyx Abdurrəhman Alagöz köynəyinin içində gizlətdiyi bombayla Amara Mədəniyyət Mərkəzinə əlini - qolunu yelləyərək getdiyi bəlli olub.
Kobaniyə yardım göndərmək üçün Türkiyənin dörd bir yanından gələn gəncləri hədəf alan terror aktını həyata keçirən 20 yaşlı Şeyx Abdurrəhman Alagöz müşahidə kameralarında qeydə alınıb. Onun hadisə yerinə tək gəldiyi görünür.
Alagözün Suruça necə gəldiyi, toplaşanlarla eyni avtobusda olub - olmadığı hər kəsi maraqlandırırdı. Partlayışın törədildiyi ərazidəki müşahidə kameralarının görüntüləri tapılmadığından hər kəs bu suala cavab axtarırdı. Milliyət qəzetinə bu gün göndərilən görüntülər bütün şübhələri aydınlığa çıxardı.
Şeyx Abdurrəhman Alagöz - terrorçu
Terror aktı ilə bağlı başlanmış cinayət işini araşdıran kriminalistlərin gəldiyi qənaət belə olub; Alagöz terroru təkbaşına törədib. Görüntüləri izlədikdə əlində su şüsəsi ilə addımlayan və iki müxtəlif nöqtədə kameralara yaxalanan 20 yaşlı gəncin arıq olmasına rəğmən geyindiyi köynəyi şişkin və enli durur. Bu isə o deməkdir ki, o, bombaları bədəninə sarıyıb gəlib.
Alagözün bombaları çanta içində gətirdiyi və çantanı yerə ataraq bombanı partlatdığı iddiası ortaya atılmıştı. Ancaq həm görüntülər, həm də patlayışın olduğu yerdə heç bir çuxurun yaranmaması bu versiyanın yanlış olduğunu isbatladı.
Canlı bombanın partlayışdan əvvəl bəzi telefon danşıqları etdiyi də iddia edilirdi. Ancaq aparılan araşdırmalarda hər hansı bir telefon danışığının olmadığı bəlli oldu. Böyük ehtimalla, yerinin təsbit edilməməsi üçün özü ilə telefon götürməmişdi.
Şeyx Abdurrəhman Alagözün Suruçda gecələmədiyi, bombanı bədəninə sarılı halda rayona gələrək partlayışı törətdiyi ehtimal edilir.
Xəbəri paylaş
5908 dəfə oxunub.
Digər xəbərlər

15-11-2017, 13:38
Xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan? - Həkimi danışdı
14-10-2017, 17:40
Bakıda iki avtobus toqquşdu, xəsarət alanlar var – FOTO
14-02-2017, 16:59
Bakıda işıqforda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR
24-03-2016, 10:52
Avtobus sürücüsü iş yoldaşını qətlə yetirib - FOTO
8-03-2016, 13:17
Xoşqədəm və Doğuşdan romantik FOTOLAR
18-01-2018, 10:47
Bakıda iki məhkum xəstəlikdən öldü
4-02-2017, 14:38
Bakıda DYP əməkdaşı yoxa çıxıb - DİN TƏSDİQLƏDİ
7-10-2016, 00:12
Oğuzda kəndə hücum edən ayını "tok" vurub öldürdü - VİDEO - FOTO
8-06-2021, 09:03
“Qara kif”: Koronavirusdan sonrakı yeni təhlükə? – Ukraynalı mütəxəssisdən AÇIQLAMA