Səngərdə bayram və döyüş əhval-ruhiyyəsi
Tarix: 19-07-2015 | Saat: 15:45
Bölmə:Karusel / M2 / Qarabağdan xəbər var | çapa göndər
Xeberaz.az
Xəbər verir ki, Ön səngərdə keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikini çatdırıb.
Nazirlikdən Xezerxeber.com-a bildiriblər ki, döyüşçülər Müdafiə nazirinin təbrikini alqışlarla qarşılayıblar. Taqım komandiri leytenant Ələkbər Ələkbərli çıxış edərək bildirib ki, onlar heç vaxt Müdafiə Nazirliyinin diqqət və qayğısından kənarda qalmırlar. Düşmənin bir neçə metrliyində yerləşən dayaq məntəqəsində xidmət üçün hər bir zəruri şərait yaradılıb. Bütün təminat növləri üzrə təminat yüksək səviyyədədir. Şəxsi heyət qarşıya qoyulmuş əmr, göstəriş, tapşırıq və vəzifələri layiqincə yerinə yetirirlər.
Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi isə düşmənlə təmas xəttindəki əsgər və zabitlərin döyüş ruhunu daha da artırıb. Xalqımız əmin ola bilər ki, Vətən torpaqları etibarlı şəkildə qorunur və işğal altındakı torpaqlarımız da xalqımızın və ordumuzun birliyi, gücü ilə tezliklə azad ediləcəkdir.
Müdafiə nazirinin adından ön səngərdəki əsgərlərə bayram sovqatları təqdim olunub.
Bir neçə gün öncə düşmənin pilotsuz uçuş aparatını məhv etdiyinə görə qısamüddətli məzuniyyətə göndərilmiş əsgər İlkin Əliquliyevin yenidən ön səngərə qayıtması bayram münasibətilə keçirilən görüşün iştirakçılarında xoş təəssüratlar oyadıb.
Polkovnik Elçin Kərimov, “Azərbaycan Bayrağı”ordenli, Qarabağ müharibəsi veteranı Sevindik İsmayılov və digər hərbi qulluqçular çıxış edərək Azərbaycan dövlətinin və xalqının milli təhlükəsizliyinin təminatı, milli-mənəvi dəyərlərimizin qorunması naminə bundan sonra da səylərini artıracaqlarını bildiriblər.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

23-06-2023, 13:14
Azərbaycanlı aktrisa: “Ayaqqabım ucuzdur, 1000 dollar olar” - VİDEO
15-03-2017, 14:41
Nüşabə Ələsgərli mediadan gizlətdiyi qızı ilə - FOTO
16-02-2020, 14:10
İlqar Məmmədov saxlanıldı
11-06-2016, 14:46
Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”
21-09-2016, 23:56
Prezident Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun açılışında
1-07-2015, 13:23
Deputatın qohumu qumarda 200 minlik ev uduzub
11-03-2021, 16:46
Masallıda toy edənlər cərimələndi
13-02-2022, 13:20
Gözlərin rəngini dəyişən 10 qida məhsulu
20-12-2016, 10:32
Partlayıcı düzəltdi, barmaqları kəsildi - Zaqatalada
18-01-2019, 11:22
"Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı-Küləyə görə