"Havalar isti keçəcək, sinoptiklər biabır olacaq", "Bu nəsə hava məsələsinə oxşamır, ölkədə ciddi proseslər gedir", "Külək Gürcüstandan Azərbaycana "donuz qripi" gətirir deyə uşaqları məktəblərə qoymurlar", "Sabah Bakıda terror olacaq, ona görə belə edirlər ki, camaat çölə çıxmasın" və sair və ilaxır...
Camaat axırıncı dəfə 2012-ci ildə belə təşvişə düşmüşdü. Guya ki, Mayya təqviminə görə 21 dekabrda dünya dağılacaqdı. Çoxları da buna inanıb mağazadan xeyli makaron alıb evə yığıb, narahatlıqla dünyanın sonunu gözləyirdi. Hətta hər yerin qaranlığa qərq olacağını düşünərək mağazadakı bütün şamları alanlar da var idi. Lakin Azərbaycanda həmin vaxtlarda tək-tük adamların Whatsapp işlətdiyinə görə vəziyyət çox da gərgin deyildi.
Həmin hadisələrin üstündən 7 il keçsə də, görünür, dəyişən nəsə yoxdur. Yenə ona bənzər panika, eyni vəziyyət. Özü də qış küləyinə görə... Hətta sosial şəbəkələrdə yayılan səslər sayəsində narahatlıqlar daha da artıb.
Ötən gün paytaxtın bir çox yerlərində, xüsusən də Bakı kəndlərinə gedən yollarda tıxac olub. Vahiməyə düşənlər təhlükədən sovuşmaq üçün həyət evlərində gecələməyi üstün tutublar. Bu gün səhər isə, əksinə yollar boş və tıxacsız idi.
Dünən Ekologiya Nazirliyi havanın kəskin dərəcədə soyuq keçəcəyi barədə məlumat yaysa da, Təhsil Nazirliyinin məktəblərin müvəqqəti olaraq bağlanması ilə bağlı qərarından sonra vəziyyət dəyişib. Bunu müxtəlif səbəblərlə əlaqələndirənlər olub. Xüsusən də, Whatsapp vasitəsi ilə xeyli insana mənfi psixoloji təsir edilib. Hətta elə bir vəziyyət yaranıb ki, insanlar nazirliklərin rəsmi açıqlamasına deyil, səs yazısına inanıblar.
Bəs bu heç bir məntiqi açıqlaması olmayan, yersiz, narahatlıq yaradan səsləri yayanlar kimlərdir? "Xüsusi dəstələr"? Bizim yaxşılığımızı düşünən "xeyirxahlar"? Yoxsa bizi ələ salmaq istəyən "troller"lər? Bəli, onların məqsədi elə məhz ələ salmaqdır. Onlar bəzi insanların saflığından, dayaz düşüncə tərzindən istifadə edib, təşviş yaratmaq, öz eqosunu doyurmaq istəyənlərdir.
Lakin bütün deyilənlərə rəğmən heç nəyi vecinə almadan özünü adi günlərdəki kimi aparanlar da var. Onların üzündə bu şayiələrə inanlara qarşı istehzalı baxışları sezmək olur.
Bu gün də təsdiqləndi ki, dünən yayılan səs yazıları "zarafat" və təxribatdan başqa bir şey deyildi. Adı "Badü-Kübə", yəni, "Küləklər şəhəri" olan məkanın, xüsusən də qış fəslində, yanvar ayında əsən küləyindən qorxmaq yox, əksinə ona uyğun geyinib, imkan olduğu qədər zövq almağı bacarmaq lazımdır. Ən yaxşı halda, bir fincan qəhvə ilə sobanın yanına keçib, Səxavət Məmmədovun ifasında "Niyə belə əsirsən, külək?" mahnısına qulaq asıb, bir gündə yaranan stresi azaltmaq olar.
(milli.az)
Bakı küləyi özü ilə "donuz qripi" gətirib? - Şəbəkə nağılları
Tarix: 17-01-2019 | Saat: 10:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
4188 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-01-2019 | Saat: 10:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
1-11-2017, 12:19
Bakının bu ərazilərində su olmayacaq – XƏBƏRDARLIQ
5-09-2022, 11:54
Sosial şəbəkədə tanış olduğu azyaşlı qıza əxlaqsızlıq edərək videoya çəkdi - Sabunçuda ŞOK
5-05-2016, 10:56
Emindən sevənlərinə şad xəbər
14-01-2023, 13:34
Baldızı qızını yoldan çıxardı: "Yerə boş kisə sərdi..." - Şok olay
31-05-2021, 17:45
Avtomobillə motosiklet toqquşdu, bir qardaş öldü, digəri xəsarət aldı
27-09-2022, 11:13
Türkiyədə PKK-çıların hücumu: 1 polis ölüb, daha 1-i yaralanıb, terrorçular özlərini partladıb
2-09-2022, 13:25
Gülşən 3 ilədək həbs oluna bilər
16-01-2019, 14:25
Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq -Nazir əmr verdi
2-04-2017, 02:25
Lerikə apreldə qar yağdı - FOTO
6-09-2017, 10:38
Abituriyentlərin nəzərinə: bu gün son gündür