Azərbaycanda qətl - bacısını telefonla danışdığına görə öldürdü
Tarix: 03-01-2019 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Cəlilabad rayon sakini bacısını qətlə yetirib.
"Report"un Muğan bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Hikmət Rafət oğlu Sadıqov bacısı, 1987-ci il təvəllüdlü Arzu Rafət qızı Cəfərovanı qətlə yetirib.
İlkin məlumatlara görə, A.Cəfərovanın həyat yoldaşı həbsdə olduğu üçün atasıgildə qalırmış. O, telefonla danışarkən qardaşı ondan kiminlə danışdığını soruşub. Bu zaman A.Cəfərova telefonu söndürərək kimlə danışdığını gizlədib. Daha sonra qardaş-bacı arasında mübahisə yaranıb. Mübahisə zəmnində H.Sadıqov bacısı A.Cəfərova bıçaqlayaraq qətlə yetirib.
H.Sadıqov qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, A.Cəfərovanın 11 yaşlı bir övladı var.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
3368 dəfə oxunub.
Digər xəbərlər

13-08-2016, 10:47
ŞAKİR KÖNÜL KƏRİMOVA İLƏ BİR ARADA – FOTO
5-08-2015, 00:45
Ayaqyolundan xəzinə tapdı - İnanılmaz olay...
3-06-2016, 19:18
Qarabağın həlli üçün bircə yol var - Mard
8-01-2017, 18:35
Komitə: Nuray Bayramzadə baş verənlərdən ağır stress keçirib
1-06-2017, 09:41
Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib
8-07-2019, 15:26
İlkin Fuad növbəti klipini təqdim etdi
29-04-2017, 18:35
De Xea "Real"la razılığa gəldi
29-01-2020, 20:04
Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu
5-07-2016, 11:10
Eks-deputatın ikinci qızı da əcnəbiyə ərə gedir