ARB TV-nin “Bu qədər” proqramında bu dəfə mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovdan bəhs edilib.
Proqramda dostları, qardaşı və oğlu müğənni ilə bağlı xatirələrini bölüşüb.
Rəşid Kazımov – Oğlu: “Məhəbbət Kazımov deyiləm, amma onun oğlu olduğumun bir ağırlığı var. Bunu duyub hərəkət etmək gözəl hissdir. İnsanlar musiqiçini itirdi, mən isə öz atamı. Səhv addımlarımda məni irəli aparan bir insan idi. Ən xoşuma gələn mahnısı "Bəh-Bəh” mahnısıdır. Yaxşı mənada atama rəhmət oxutdura bilirimsə bu mənim uğurumdur. Rayon yerinə istirahətə gedəndə çay içiridik, 200 metr aşağıda “Laçınım” mahnısı gedirdi, biraz yuxarıda da atamın başqa mahnısı oxunurdu. Bu çox gözəl hissdir. “Laçınım” mahnısını oxuyanda çox kövrəlirdi. Təzyiqi bəzən çox qalxırdı. Bir dəfə “Laçınım” mahnısına toyda oynadılar mikrofonu qoyub toydan çıxmışdı. Deyirdi ki, bu mahnıya əl çalmayın. Ölümündən 4 il qabaq həkim oxumağı qadağan etmişdi. O qədər ürəkdən oxuyurdu ki, daxili orqanları tab gətirmirdi. Anam dedi ki, hər şeyi qadağan etdirə bilərsən, amma oxumağı yox. Evdən çıxanda anam dedi ki, atamın vəziyyəti pisləşib. Təcili tibbi yardım maşını gələndə artıq ruhunu tapşırmışdı. Mənə bu gec çatdı. Məhlədə baxıram adamlara hiss etmirəm. Sinif yoldaşım Toğrulu görəndə özümü saxlaya bilmədim və qucaqlayıb ağladım. Əziyyətli ölüm görmədi. O baxımdan atamı xoşbəxt sayıram”.
O qədər ürəkdən oxuyurdu ki, daxili orqanları tab gətirmirdi...
Tarix: 27-11-2018 | Saat: 15:40
Bölmə:Karusel / Məşhurların Taleyi | çapa göndər
Xəbəri paylaş
5438 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-11-2018 | Saat: 15:40
Bölmə:Karusel / Məşhurların Taleyi | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
12-05-2016, 15:48
Son zəngin və tətilin vaxtı açıqlandı - Rəsmi
30-04-2022, 03:43
Laçında fəhlə minaya düşüb
22-05-2017, 18:54
Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"
9-05-2018, 11:09
Bakıda Dünya Limanları Konfransı keçirilir
11-05-2016, 15:21
Azərbaycanda bu yol ödənişli olacaq — İLK DƏFƏ
23-12-2015, 19:57
Bakıda bütün məhsullar azı 50 faiz bahalaşdı
16-05-2017, 20:08
Damla yenə evlənmək istəyir: "Övladım rəsmi nikahdan olmalıdır" - VİDEO
5-11-2015, 17:03
Qışda arıqlamaq istəyənlər üçün PƏHRİZ
21-05-2023, 20:55
77 yaşlı qadın özünə ərə getdi - Fotolar
12-11-2022, 12:07
Rəşad Dağlı qətl törətdiyi əraziyə gətirildi - YENİ KADRLAR - VİDEO