Gənc şair niyə intihar edib? - TƏFƏRRÜAT
Tarix: 26-11-2018 | Saat: 16:37
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Noyabrın 23-də gənc şair Şaiq Sadıqzadənin intihar etməsi ilə bağlı cinayət işi açılıb.
27 yaşlı Şaiq Sadıqzadənin özünü ağacdan asaraq intihar etməsi ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon məktəblərindən birində coğrafiya müəllimi işləyən Ş.Sadıqzadə barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkət qaydalarının pozulmasının ölümə səbəb olması) ilə iş olub və Goranboy rayon Polid İdarəsində icraatda imiş. Belə ki, oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində Kamran Quliyevin idarə etdiyi "Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı gənc şair və müəllim Şaiq Sadıqzadə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib. İstintaq müddəti üçün sərbəst buraxılan Ş.Sadıqzadənin daha sonra həbs ehtimalı olub. Bu səbəbdən, eləcə də qəzada insan itkisinin olması Şaiqdə dərin psixoloji sarsıntılar yaradıb və o, həyatına son qoyub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.
Xəbəri paylaş
6078 dəfə oxunub.
Digər xəbərlər

21-10-2023, 14:08
"Kişiləri qorumağın vaxtıdır" - Şəmsi Səmədzadə videosundan danışdı
21-12-2019, 11:39
Azərbaycanlı hərbçi Volqoqradda saxlanıldı - ekstradisiya olunur
16-01-2018, 10:06
Gürcüstan prezidenti üçüncü dəfə ata olub
13-12-2018, 09:57
İsraildə niyə xərçəng yoxdur? - Yəhudi həkim xərçəng və qriplə bağlı HƏR ŞEYİ AÇDI
27-01-2016, 17:43
Valideynlərini güllələyən övlad özünü də öldürdü
29-09-2016, 12:54
Qarşısına çıxan bütün kişiləri döyən qadın - FOTOLAR
19-05-2021, 20:50
Aralarında 53 yaş fərq var - Yasda tanış olublar - FOTO
7-12-2022, 12:05
Bu intim əlaqə növü xərçəng yaradır – ALİMLƏRDƏN XƏBƏRDARLIQ
30-03-2017, 12:30
Əhmədinejat: “ABŞ yeni müharibəyə başlayır”
11-07-2015, 18:32
Velosipedçimiz Çində 3-cü oldu- Fotolar