Maşını “kabluk” və çəkələklə idarə etmək olar? - Açıqlama
Tarix: 21-11-2018 | Saat: 14:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-11-2018 | Saat: 14:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Yol hərəkəti haqqında” qanunda ayaq geyimləri ilə bağlı hər hansı konkret bir tələb yoxdur”.
Bunu açıqlamasında hündürdaban ayaqqabı ilə avtomobili idarə edən qadınların yol polisləri tərəfindən cərimələnə biləcəyi barədə yayılan xəbərlərə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov söyləyib.
V. Əsədovun sözlərinə görə, qanunda bununla bağlı sadəcə tövsiyə var. Yəni ayaq geyimləri ayağa pərçimlənməlidir ki, avtomobili idarə edərkən narahatlıq yaranmasın: "Avtomobilin ayaqyalın idarə edilməsi diqqətin yayınmasına səbəb olur. "Vyetnamka” adlanan rezin çəkələklərin yol hərəkətində qəza törətmək ehtimalı yüksəkdir. Bir də bəzən sürücülər ayaqqabılarını çıxarıb oturacağın altına qoyurlar ki, ayaqyalın sürsünlər. Bu da təhlükəlidir. Mən bunu ən azı bir sürücü, yol polisi olaraq tövsiyə edirəm ki, elə hallara yol verilməsin. Çünki ayaqqabını çıxarıb oturacağın altına qoymaqla, ayaqyalın, corabla maşını sürən zaman enişli-yoxuşlu yollarda ayaqqabı sürüşərək "pedal”ın alt hissəsinə düşür. Enişli-yoxuşlu yollarda "pedal”dan istifadə edərkən görürsən ki, ayaqqabı maneə yaratdığı üçün yol qəza hadisəsinin yaranma ehtimalı olur”.
Şöbə rəisi qadınların hündürdaban ayaqqabı ilə avtomobili idarə etməsinin isə xüsusi bir hal olduğunu vurğulayıb: "Bu, qadınların geyim formasıdır. Hündürdaban ayaqqabı ilə qadınların avtomobili idarə etməsi mənim üçün də maraqlıdır. Hər halda bu barədə suala qadınların cavab verməsi yaxşı olar. Çünki mən hündürdaban ayaqqabı ilə maşın sürməyin çətin olduğunu desəm, qadınlar deyə bilər ki, çətin deyil. Qanunda da bu məsələ tənzimlənmir. Ona görə də hündürdaban ayaqqabılarla maşının idarə edilməsinə görə qadınlara hər hansı iradın bildirilməsi və məsuliyyətə cəlb edilməsi mümkün deyil”.
Xəbəri paylaş
Digər xəbərlər
4-02-2017, 00:55
Xırdalanda yaşayış evində yanğın olub, ölən var
22-03-2017, 15:09
Mübariz Mənsimov haqqında bilmədikləriniz: "Ailəmdə yeddi şəhid var.."
13-08-2015, 14:18
Bağırsağında narkotik gətirən şəxs saxlanıldı
20-05-2016, 12:39
Bakıda dəhşətli olay: özünü həyətdə öldürdü
24-02-2023, 10:56
"Sənin ipini anan yığdı, yoxsa indi Allah bilir harda idin" - Zaurdan Mənzurəyə AĞIR SÖZLƏR - VİDEO
31-03-2017, 13:49
Bakıda yeni fırıldaqçı peyda olub - Diqqət + Video
11-05-2018, 21:49
1 yaşlı uşağın əli ət çəkən maşında qalıb - FOTO
2-03-2017, 14:29
"Araq və konyakı doşabla qarışdırıb satırdım" - Cinayətkardan ŞOK ETİRAFLAR - VİDEO
24-08-2017, 17:27
Bacı-qardaşı xüsusi amansızlıqla öldürən şəxs məhkəmədə özünü qismən təqsirli bilib
6-01-2016, 20:50
Mərkəzi Bankdan yeni qərar