Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Sənədsiz peşə sahiblərinə şad xəbər: sertifikat ala biləcəklər
Tarix: 2-11-2018, 10:45 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Əmək bazarında müəyyən peşə sahibi kimi tanınsa da, əlində bunu təsdiqləyən rəsmi sənədi olmayanlar sertifikat ala biləcək.

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycan hökuməti ilə birgə formal və qeyri-formal üsullarla əldə olunmuş səriştələrin tanınması üçün yeni sistem yaradırlar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın əmək bazarında "kifayət qədər ixtisassız işçi qüvvəsi" olduğunu əsas gətirərək deyir ki, yeni şərait onların bacarıqların rəsmi təsdiqini tələb edir.

Nazir bunu həm də həmin şəxslərin iş tapmaq imkanlarının artacağı kimi qiymətləndirir.

"Məşğulluq bazarını araşdıran zaman görürük ki, bu gün kifayət qədər rəsmi ixtisassız işçi qüvvəsinə malikik. Bu, o demək deyil ki, bu şəxslərin şəriştə və bacarığı yoxdur, əksinə, bu insanların istehsalat prosesində və ya nəsildən nəsilə ötürülən böyük səriştə və bacarıqları var. Sadəcə bu bacarıqlar hər hansı sertifikatlaşdırmadan keçməyib və hər hansı rəsmi təsdiqə malik deyil".

Bu sistemin təqdimatında çıxış edən nazir Sahil Babayev əlavə edib ki, belə bir sistem nəticəsində şirkətlərin ixtisaslı kadrlara çıxışı olacaq".

nazirlərƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev (solda), təhsil naziri Ceyhun Bayramov (ortada), Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri Alexandra Nerisanu (sağda)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın əmək bazarında "kifayət qədər ixtisassız işçi qüvvəsi" olduğunu əsas gətirərək deyir ki, yeni şərait onların bacarıqların rəsmi təsdiqini tələb edir.

Nazir bunu həm də həmin şəxslərin iş tapmaq imkanlarının artacağı kimi qiymətləndirir.

"Məşğulluq bazarını araşdıran zaman görürük ki, bu gün kifayət qədər rəsmi ixtisassız işçi qüvvəsinə malikik. Bu, o demək deyil ki, bu şəxslərin şəriştə və bacarığı yoxdur, əksinə, bu insanların istehsalat prosesində və ya nəsildən nəsilə ötürülən böyük səriştə və bacarıqları var. Sadəcə bu bacarıqlar hər hansı sertifikatlaşdırmadan keçməyib və hər hansı rəsmi təsdiqə malik deyil".

Bu sistemin təqdimatında çıxış edən nazir Sahil Babayev əlavə edib ki, belə bir sistem nəticəsində şirkətlərin ixtisaslı kadrlara çıxışı olacaq".

Sahil Babayev deyir ki, sənədsiz peşə sahiblərinə sertifikat verilməsi üçün peşələrinə uyğun standartlar hazırlanacaq. Onun sözlərinə görə, Azərbaycanın əmək bazarındakı təxminən 1000 önəmli peşə üzrə standart hazırlanmalıdır.

"Vətəndaşların informal və qeyri-formal bacarıqlarını tanıyan və sertifikatlaşdıran mexanizm hazırlanmalıdır", deyə nazir əlavə edib ki, artıq bu istiqamətdə işlər gedir.

"BMT peşə təhsilini dəstəkləyir"

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ghulam Isaczai deyib ki, "BMT Azərbaycanda peşə təhsilinin inkişafını dəstəkləməkdə davam edir".

O, bu layihənin dəstəklənməsinin BMT üçün prioritet məsələ olduğunu bildirib.

"Layihənin əsas məqsədi Azərbaycanda peşə təhsilinin inkişafı, xüsusilə də peşə təhsili mərkəzlərinin yaradılmasıdır. Biz gənclər üçün və ölkənin əmək bazarına leqal yolla daxil olmaq istəyənlər üçün çalışırıq".

Cənab Isaczai qeyd edib ki, layihə "ölkə əhalisi üçün alternativ məşğulluq imkanlarının yaradılması deməkdir".

шаблоны для dle 11.2

388 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___