Bir ailənin 7 üzvü qidadan zəhərləndi - ZAQATALADA
Tarix: 21-10-2018 | Saat: 11:21
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
5138 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-10-2018 | Saat: 11:21
Bölmə:Karusel / Hadisə | çapa göndər
Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Xeberaz.Az "Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Xəstəxanadan verilən məlumata görə, zəhərlənənlərin hamısı bir ailənin üzvləridir. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək analiz edilmək üçün laboratoriyaya göndərilib. Zəhərlənən şəxslərin hamısının müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2018, 19:03
Azərbaycanda ailələr niyə dağılır? - Komitə səbəbləri açıqladı
29-12-2016, 12:07
Aydın Əliyev Siyəzəndə vətəndaşları qəbul edib
21-11-2016, 15:29
Təcili yardım maşınlarına yol verməyənlər İFŞA EDİLƏCƏKLƏR
7-07-2019, 12:17
Bu gün qəbul imtahanı keçiriləcək
6-06-2016, 22:07
Fəth Ordusundan Əsədə növbəti zərbə
17-02-2016, 18:36
Əxlaq müəllimindən əxlaqsız hərəkət
29-08-2015, 09:52
Kişilər oxusun! Qadınlar niyə xəyanət edir? - SƏBƏBLƏR
11-12-2022, 12:15
Magistral kəmərdə qəza - Bu rayonlar susuz qaldı
8-10-2019, 15:41
Yutubun CEO-su Fuada məktub göndərdi - 1 milyon abunəçi!
6-05-2015, 23:02
“Aygün xanım niyə burada konsert verdi?”.