Sabirabadda öldürülüb kanala atıldı - 5 gündən sonra...
Tarix: 19-10-2018 | Saat: 13:52
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
5598 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-10-2018 | Saat: 13:52
Bölmə:Karusel / Hadisə | çapa göndər
Sabirabadda öldürülərək kanala atılan meyit tapılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş "TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2017, 11:14
Tramp müsəlmanları təbrik etdi
24-05-2016, 22:02
Füzulidə 4 mərmi tapıldı
7-07-2016, 06:04
Ana bətnində əkizlərdən biri digərini necə yeyir?
3-06-2018, 22:20
Bakının Ağac Emalı Zavodunda baş vermiş yanğın söndürülüb
19-12-2016, 14:59
Hamilə Şəbnəmə ərindən romantik SÜRPRİZ: "Canımın içi..." - FOTOLAR
18-02-2016, 22:55
İrandan Macarıstana nüvə təklifi
18-04-2016, 19:21
Cəbrayıla yeni icra başçısı təyin edildi
14-03-2015, 12:18
Türkiyə İlham Əliyevi qarşılamağa belə hazırlaşır - FOTO
5-08-2020, 18:53
Şəhid ailələri və müharibə əlillərinə 109 mənzil verildi