Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MTRŞ qalmaqallı veriliş barədə: "Heç bir tədbir görülməyəcək" -
Tarix: 18-10-2018 | Saat: 14:33
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

MTRŞ qalmaqallı veriliş barədə:

Əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi "Canım sizə desin” proqramında aparıcı və qonaq qayda pozuntusuna yol verməyib.

Xeberaz.az  bildirir ki, bunu  açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, onlar proqramda şou göstəriblər:

"Orada aparıcı və qonaq təpik atırlar. Bu, şoudur və qayda pozuntusu yoxdur. Bütün hallarda aparıcılar və iştirakçılar da cəmiyyəti qıcıqlandırıcı hərəkətlərdən qaçmalıdırlar. Burada, sadəcə, bayağı hərəkət edilib və biz bununla onlar barədə tədbir görə bilmərik”.

Təvəkkül Dadaşov qeyd edib ki, MTRŞ tərəfindən verilişlə bağlı bir ölçü götürülməyəcək:

"Onlar efirdə söyüş söysə, ədəbsiz jest etsəydilər, biz onunla bağlı tədbir görərdik. Aparıcı xaraktercə belədirsə, gələn qonağın səviyyəsi bu cür bayağıdırsa, biz nəsə deyə bilmərik.

Biz, sadəcə, bu cür verilişlərin səviyyəsinin qaldırmasını tövsiyə edirik. Bütün hallarda belə halların qarşısı gələcəkdə alınmalıdır”


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___