Azərbaycan istifadəçiləri də internetsiz qalacaq? - Rəsmi cavab
Tarix: 10-09-2018 | Saat: 16:22
Bölmə:Karusel / Texnologiya | çapa göndər
Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb.
Xeberaz.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildiriblər ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prosesin adi istifadəçilərə cuzi təsiri ola bilər.
Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Belə olan halda sistem "server failure" və ya "SERVFAIL" səhvini göstərə bilər.
Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazır olmaması bu prosesi təxirə salmışdı. Artıq dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prosesə hazırdır.
Xəbəri paylaş
7498 dəfə oxunub.
Digər xəbərlər

29-05-2017, 13:44
NATO-dan Azərbaycana mühüm dəstək - Foto
3-02-2016, 18:59
Putin vətənpərvərliyi milli ideya adlandırdı
31-10-2022, 10:56
Baş leytenant hərbçi həyat yoldaşını bıçaqla QƏTLƏ YETİRDİ
24-09-2022, 10:21
Sarımsaqlı su. Damarları təmizləyən UNİKAL VASİTƏ
7-11-2020, 09:59
Hikmət Hacıyev İranın Azərbaycana dəstəyindən YAZDI
26-10-2023, 13:47
Bakıda taksi sürücüsü sərnişini maşında gözlədib intihar etdi
17-10-2022, 10:27
Səhiyyə nazirindən ƏMR - Məktəbəqədər uşaq müəssisələri və...
6-01-2017, 12:33
Trampdan şok qərar: bütün səfirlər geri çağırılır