Velosipedçimiz Çində 3-cü oldu- Fotolar
Tarix: 11-07-2015 | Saat: 18:32
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir.
Xeberaz.az “Qafqazinfo”-ya istinad xəbər verir ki , Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.
Yarışın ən ağır dağ mərhələlərindən biri kimi xarakterizə olunan 190 km-lik 7-ci gündə komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb - o finişi mərhələ qalibi, İtaliyanın "Lampre-Merida" Dünya Turu komandasının üzvü İlya Koşevoydan 55 saniyə sonra keçməklə 3-cü yeri tutub. Bu isə velosipedçimizə ümumi təsnifatda 9-cu yeri qorumağa imkan yaradıb - hazırda Matey Müqerli liderə 3 dəqiqə, 36 saniyə uduzur.
7 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 6-cı pillədəki mövqeyində qalır. Sabah iştirakçılar 126 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

9-05-2016, 17:54
"Bacarırsa, toyları əlimdən alsın"
9-04-2016, 14:12
Bakıda avtobus ana və qızını vurub
24-03-2022, 12:01
Kürdəmirdə zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO
18-06-2022, 12:03
Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür
31-10-2017, 18:24
Aktrisa kimi sevilən Sevinc Şirinova bəs aparıcı kimi necə?
9-07-2016, 00:06
Azərbaycanda havanın temperaturu kəskin düşəcək – XƏBƏRDARLIQ
6-03-2016, 17:27
Daha bir səlahiyyət Nəqliyyat Nazirliyindən alınıb - DİN-ə verildi
30-06-2022, 12:46
Dünyaya ibrət olan sədaqət, məhəbbət rəmzi - 30 İyun Sevgililər Günüdür
17-01-2017, 11:53
Ermənilər sərhəddə vəziyyəti gərginləşdirir – odsaçanlarla atəş açdılar
7-07-2015, 21:23
Nazir şöbə müdirlərini vəzifələrindən azad etdi