Şadlıq sarayları və restoranlara xəbərdarlıq olundu
Tarix: 08-08-2018 | Saat: 12:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.
İcra Hakimiyyətindən verilən məlumata görə, daxil olmuş məlumata görə şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artmışdır. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir.
Müşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilmişdir.
Yaxın vaxtlardan etibarən Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlanacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

12-02-2018, 16:42
Zaqatalada 4 günün gəlini zəhərlənib öldü
5-10-2015, 13:15
Bakıda qəza: Ölən var
8-09-2019, 11:19
Qonşu qadının başının kəsilməsi ilə bağlı ŞOK FAKTLAR
3-11-2016, 12:21
Səhiyyə Nazirliyindən RESEPT TƏLƏBİ
7-12-2016, 11:59
Bakıda ağır qəza: qadın öldü
24-06-2018, 13:26
Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
27-02-2016, 11:30
Müğənni Sevda qəza törətdi - YENİLƏNİB - FOTO
27-09-2016, 14:57
Bakıda mağazada "maraqlı" hadisə kameraya düşdü - VİDEO
18-02-2017, 19:33
Avtomobil almaq üçün 10 ton pul ödədi – FOTO