Gürcüstan da dollardan əziyyət çəkir
Tarix: 21-03-2015 | Saat: 14:39
Bölmə:Karusel / Siyasət / İqtisadiyyat / Dünya / M2 | çapa göndər
Rusiya və Ukraynada yaşanan iqtisadi turbulentlik, digər tərəfdən isə ölkəyə gələn xarici turistlərin sayında kəskin azalma, qonşu Gürcüstanın iqtisadiyyatına ağır zərbə vurur. Gürcüstanın milli valyutası olan lari avqust ayından bəri dollara nisbətdə azı 20 faiz dəyərini itirib.
Xarici valyutanın bahalaşması və qiymət artımından ən çox yaşlı nəsil, o cümlədən təqaüdçülər əziyyət çəkir. 64 yaşlı Məryəm Matiaşvili aya 150 lari pensiya alır. Ancaq dərman xərclərinin artıması ucbatından Tiflis küçələrində turistlər üçün səyyar satıcılıqla məşğul olmağa məcbur qalıb. “Turist qıtlığı çox pis şeydir. Artıq bunu payızdan hiss etməyə başlamışıq. Yanvarda müəyyən canlanma baş verdi, Rusiya, Ukrayna və polşadan turistlər gəldi, ancaq elə o vaxtdan vəziyyət acınacaqlıdır”,- deyə təqaüdçü qadın vurğulayır.
Gürcüstanın iqtisadiyyatı əsasən şərab ixracatı və turizmə söykənir. Ölkəyə gələn turistlərin çoxu elə postsovet ölkələrinin vətəndaşları olduğundan Ukrayna və Rusiya münaqişəsi, turizmə ağır zərbə vurub.
Gürcüstanın İqtisadi Azadlıq İnstitutunun direktoru Pata Şeşelidze iqtidarın apardığı siyasətin, sahibkarlığın inkişafına əngəl olan vergi sisteminin ölkənin iqtisadi çətinliklərini daha da artırdığını hesab edir.
Bu arada yerli müxalifət bugün Tiflisdə hökümət əleyhinə kütləvi mitinq keçirməyi planlaşdırır. Müxalifət düşərgəsi ölkədə yaşanan iqtisadi böhrana görə, höküməti “səriştəsizlikdə” ittiham edir. Etiraz aksiyasında on minlərlə insanın iştirak edəcəyi gözlənilir.
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

28-05-2019, 01:18
Şərqdə ilk demokratik respublikanın yaranmasından 101 il ötür
29-09-2020, 13:00
Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb
24-01-2018, 11:41
Daha bir jurnalist öldü - FOTO
24-03-2021, 17:28
“Bizi öldürsə, ancaq qiymət artımı öldürəcək” - Röya
18-11-2016, 18:51
"Çelikin o sözlərini eşidəndə beynim çöndü" - Xatirə
13-09-2017, 21:35
Sosial şəbəkədə MEHRİBAN DÜŞMƏNÇİLİK - İqtidar və müxalifət bir-birinin “kitabını” oxuyur
18-11-2016, 19:20
Dirçəliş günü ilə bağlı Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirildi-FOTOLAR
15-04-2016, 12:55
Dollara tələbat yenə azalıb?
16-08-2023, 11:13
"Nikosayağı" qolsuz qalacağını illər əvvəl bilib? - Kövrəldən görüntülər