Mətanət İsgəndərlinin üçmərtəbəli villası söküldü
Tarix: 29-03-2018 | Saat: 20:46
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Əməkdar artist Mətanət İsgəndərlinin üçmərtəbəli villasının sökülməsi barədə xəbər yayılıb. Bildirilib ki, müğənninin Səbail rayonu ərazisində yerləşən mənzili plana düşüb. Əməkdar artist ona verilən məbləğlə razılaşmayıb. Bu səbəbdən söküntü zamanı icra nümayəndələri ilə sənətçi və oğlu Kərimin dava etdiyi iddia olunub.
Müğənninin Şeyx Şamil küçəsində yerləşən villasının söküntüsünü “Pilot Residence” yaşayış kompleksi həyata keçirib. Belə ki, müğənni sözügedən şirkətlə razılığa gəlib. O, hazırda ailəsi ilə birgə kirayə qalır.
Mövzu ilə bağlı əməkdar artistin mətbuat nümayəndəsi Zəminə Rüstəmova ilə əlaqə saxlanılıb. O, yayılan məlumatı təkzib edib:
“Mətanət xanımın və ailəsinin etirazı şirkətin müqavilə imzalanmadan söküntülərə başlamasına görə olub. O məsələ də həll olundu, istənilən məbləğ ödənildi. Yəni böyük bir problem olmayıb”.
Qeyd edək ki, villanın söküntüsü zamanı icra nümayəndələri ilə mübahisə xəbərini "Bizim Yol" qəzeti yayıb.
Xəbəri paylaş
7778 dəfə oxunub.
Digər xəbərlər

8-06-2021, 09:04
Azərbaycan koronavirusa qalib gələ bilər - ŞAD XƏBƏR
11-11-2015, 15:06
Bilal Əliyev: Toya 1 milyona gedirəm – VİDEO
23-07-2016, 02:41
"Heydər Əliyevin xatirəsinə həsr olunan yarışların keçirilməsi federasiyamız tərəfindən dəstəklənir"
5-04-2017, 21:18
İslamiadanın Xəzərdən başlayan su səyahətinə start verilib
21-07-2021, 14:31
Hövsan qəsəbəsində torpağa basdırılan "CADU" çıxmadı.
18-06-2016, 13:55
Formula-1-də qəza - Foto
2-03-2022, 17:14
Ramiz Tatarov: “Nizaməddin Quliyevin tapşırığı ilə Lalə Eyyubova bağça müdirlərindən rüşvət alırdı”
1-10-2022, 10:40
Ağır qəzada ölən şəxslər hərbçi imiş - FOTO
19-10-2015, 18:55
Azərbaycanda cinsi azlıqların üsyan aksiyası – FOTO