Bayıl sakinləri kirayəpulunun məbləğindən NARAZIDIR
Tarix: 22-02-2018 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bayıl yamacında sürüşmə zonasından köçürülən sakinlər narazılıq və narahatlıq içərisindədir.Xəbəraz.Az xəbər verir ki, Bu barədə modern.az-a sakinlər məlumat verib.
Onların sözlərinə görə, ayrılan kirayə haqqı icra başçısının açıqladığı rəqəmdən xeyli aşağıdır:
“Eldar Əzizov demişdi ki, ən aşağı kirayə haqqı 260 manat olacaq. Amma bütün sakinlərə 200 manat olmaq bir aylıq kirayə haqqı verdilər. Əksəriyyət verilən kirayə haqqından imtina edib. Çünki elə ailələr var ki, üzvləri 8-9 nəfərdən ibarətdir. Yəni onların hamısını bir ailə kimi qeydə alıblar. Baxmayaraq ki, 2-3 ailədirlər. Hətta bəzi ailələr Bayıldakı evinə geri qayıdıb ki, orada yaşayacaq. Digər tərəfdən, “icra başçısı alimlərin rəyini gözləyirik, söküləcək evlərə qərar veriləcək” deyib. Amma dünən axşam “Azərsu”nun işçiləri su sayğaclarını açıb aparıblar. Hətta bağlı evlərin sakinlərinə müraciət etmişdilər ki, “gəlin evləri açın sayğacları götürək”.
Narazı sakinlər evlərinə qayıtmaq istədiklərini deyir:
“Əgər bu evlərin köçürülməsilə bağlı qərar yoxdursa, rəy gəlməyibsə, “Azərsu” sayğacları niyə açıb aparır? İcra başçısının müavini Abid müəllim açıq şəkildə deyib ki, kirayə haqqını verdikdən sonra evlər söküləcək. Amma kirayə haqqı da tam deyil. Həm məbləğ aşağıdır, həm də bildirilib ki, kirayə pulları aybaay karta köçürüləcək. Ona görə də sakinlər geri qayıtmaq istəyir”.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

6-06-2017, 13:41
Bakıda qadınları qorxuya salan şəxsin FOTOSU
4-03-2017, 23:28
Quran ayəsi və Həzrət Peyğəmbərin günahkarı bağışlaması
1-12-2016, 18:01
Azərbaycanda dəhşət: ata 18 yaşlı qızını ürəyindən bıçaqladı
1-07-2016, 13:00
“Barselona”dan önəmli Arda Turan açıqlaması
6-04-2021, 13:31
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
13-04-2016, 13:34
Futbolçu Cavid Hüseynovun məhkəməsinə 4 şahid zorla gətiriləcək
20-03-2022, 11:14
Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR
27-06-2016, 11:43
ELTON: "HEÇ LADY GAGA ADLI MƏFHUM YOX İDİ" (FOTO)
9-01-2016, 12:50
Daha bir ana doğuş zamanı öldü