Kapital Bankdan basqınla bağlı- Rəsmi açıqlama
Tarix: 04-07-2015 | Saat: 18:31
Bölmə:Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər
Dünən Kapital Bankın Abşeron filialının keçmiş binasına edilən basqınla əlaqədar Bankdan rəsmi açıqlama verilib.
Xeberaz.az “Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
“İyulun 3-də axşam saatlarında Kapital Bankın Abşeron filialının Xırdalan şəhəri Qalibiyyə küçəsi 27-ci məhəllə ünvanında yerləşən keçmiş binasına basqın olub. Basqın edən şəxs filial bağlandığı ərəfədə oğurluq etmək məqsədilə banka daxil olub, lakin filialda gecə növbəsində keşik çəkən mülki mühafizəçi Hamlet Şıxəliyevin müqavimətinə rast gələrək onunla bir müddət əlbəyaxa olduqdan sonra niyyətinə çatmadan hadisə yerindən qaçmağa cəhd göstərib. Kapital Bankın təhlükəsizlik xidmətinin və Abşeron rayon Mühafizə Polisi İdarəsinin əməkdaşlarının birgə uğurlu səyi nəticəsində basqın edən şəxs dərhal yaxalanıb. İlkin araşdırma zamanı məlum olub ki, cinayətkar Kapital Bankda sürücü-inkassator vəzifəsində bir müddət çalışmış Hikmət Əliyevdir.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Kapital Bankın Abşeron filialı yeni təmirdən çıxmış binaya köçürüldüyü üçün basqın zamanı binada hər hansı maddi vəsait və qiymətli əşya olmayıb. Basqın zamanı filialı mühafizə edən Hamlet Şixəliyev yüngül yaralanıb, ona hadisə olduqdan dərhal sonra təcili yardım göstərilib və xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyəti normaldır. Kapital Bank vəzifəsini layiqincə yerinə yetirən Abşeron rayon Mühafizə Polisi İdarəsi və bankın təhlükəsizlik xidmətinin əməkdaşlarına dərin təşəkkürünü bildirir, eyni zamanda Hamlet Şıxəliyevin müalicəsi ilə əlaqədar bütün xərcləri öz üzərinə götürür.
Bildiririk ki, dünən baş vermiş hadisə lokal xarakter daşıdığı üçün Kapital Bankın fəaliyyətinə təsir göstərməyib, Bankın bütün filialları, o cümlədən yeni istifadəyə verilmiş Abşeron filialı bugün normal rejimdə müştərilərə xidmət göstərməkdə davam edir.”
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

26-04-2023, 11:10
Bakıda DƏHŞƏT: "Instagram" paroluna görə arvadını öldürdü - TƏFƏRRÜAT
19-01-2017, 20:06
Azərbaycanda 100 min hektarlıq nəhəng park salınır
29-03-2017, 00:41
NƏRGİZ HÜSEYNLİ İŞ XANIMINA ÇEVRİLİR - FOTO+VİDEO
24-10-2017, 14:24
Bürcləri gələn İL NƏ GÖZLƏYİR? Eşq, pul, iş... - Amerikalı ALİM AÇIQLADI
7-11-2019, 11:15
Macarıstan səfiri AzTU-da oldu - FOTO
15-09-2020, 13:11
Bakı və Ankara üçüncü döyüşə girir
18-08-2018, 19:41
Qobustanda həbsdən azad edilmiş şəxslər üçün Mərkəz tikilir - FOTO
24-04-2016, 13:07
Ermənilər Tərtərdə evi artilleriya ilə vurub – DAĞINTI GÖRÜNTÜLƏRİ