Maşallah Əhmədovun barəsində kassasiya şikayətinə baxılacaq - VAXT məlum oldu
Tarix: 24-01-2018 | Saat: 23:07
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmişin verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Ali Məhkəmədən trend-ə verilən məlumata görə, kassasiya şikayətinə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesi fevralın 6-na təyin edilib.
M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək onu ev dustaqlığına buraxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, M.Əhmədovun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək cəzası 8 ildən 2 ilə endirilib. Həmin qərardan narazı qalan zərərçəkmiş Yusif Əzizov Ali Məhkəməyə müraciət edib.
M.Əhmədov ötən il oktyabrın 7-də saxlanıldığı Bakı İstintaq Təcridxanasından cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından 2 ay əvvəl azadlığa buraxılıb. Onun azadlığa buraxılması ilə bağlı apellyasiya şikayəti və apellyasiya protesti isə verilməyib.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

4-07-2018, 14:26
Nigar, Eldar və Ranar liftdə qaldı - Müğənninin halı pisləşdi
13-11-2022, 12:42
"Tik-tok"da yeni funksiya: Alış-veriş edə biləcəyik
5-02-2017, 20:45
Şəhid Çingiz Qurbanovla vida mərasimi keçiriləcək
24-08-2017, 17:38
Prezident: ““Qarabağ”ın qələbəsi təkcə idman qələbəsi deyil, bunun böyük mənası var”
16-03-2017, 21:49
Aralıq dənizində türk gəmisi batdı - 7 nəfərdən xəbər yoxdur
6-12-2017, 20:19
Roma Papası: "ABŞ Qüdsə toxunmamalıdır"
26-03-2022, 20:23
Bu əşyalarınızı heç kimə verməyin – XƏBƏRDARLIQ
24-08-2023, 10:53
Misir fironları 50 dərəcə istidə necə sərinlənirdilər? – Sirlər
13-12-2016, 11:53
Bərdədə Ümummilli Liderin xatirəsi böyük ehtiramla anıldı -Fotolar
19-02-2019, 11:59
Qarın hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm olub - FAKTİKİ HAVA