Dənizdə batan polisin ilginc həyat hekayəsi - "40 gün idi, ata olmuşdu"
Tarix: 04-07-2015 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
12:53
Xeberaz.az xəbər verir ki, Dənizdə boğulan vətəndaşlarımızı xilas edərkən qəhrəmancasına həlak olan polis çavuşu Nurəliyev Zaur Zakir oğlu bu gün torpağa tapşırılır.
Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşı çavuş Zaur Nurəliyevin fədakarlığı hər kəsi qürurlandırdı.
Sabunçu rayon Polis İdarəsindən ATV.az-a verilən açıqlamaya görə, Zaur Nurəliyevin nəşi İsmayıllı rayonunun Buynuz kəndində dəfn olunacaq.
Hadisə ilə bağlı Zaurun böyük qardaşı Mahir Nurəliyev ATV.az-a deyib ki, Zaur artıq 40 gün idi ki, ata olmuşdu. O, evin ortancıl oğlu idi.
Qeyd edək ki, Zaur Nurəliyev dənizdə boğulan qadın və kişini xilas edərkən həlak olub.
Qadını xilas edən Zaur, qadına köməyə gedən digər vətəndaşı xilas etmək üçün yenidən dənizə baş vurub. Bu dəfə o dənizdən çıxa bilməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Əvvəlcə dənizdə boğulan vətəndaşın, daha sonra Zaur Nurəliyevin cəsədi tapılıb.
11:45
Xəzər RPİ-dən ATV.az-a verilən məlumata görə, axtarışı davam edən polis nəfərinin meyiti artıq tapılıb, morqa yola salınıb.
11:17
Bakıda polis əməkdaşı dənizdə batıb.
ATV.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
Batan şəxsin polis əməkdaşı olduğu üzə çıxıb. Məlumata görə, o, Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğludur. Çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb. O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb.
FHN-dən APA TV-yə verilən məlumata görə, polis əməkdaşının axtarışları davam etdirilir.
Xəbəri paylaş
8418 dəfə oxunub.
Digər xəbərlər

2-03-2018, 13:22
Əli Həsənov: Seçkilər tam şəffaf şəkildə baş tutacaq
7-11-2021, 22:20
Azərbaycan Ordusunun Zəfər yolu
6-04-2021, 01:20
“AENTE” şirkəti sahibkara qarşı... - GİLEY
11-11-2016, 11:05
Bütün Əl Qaidə liderlərinə ölüm fərmanı verildi
18-12-2016, 16:46
Türkiyədən gətirilən dərmanlarla bağlı yeni - Qərar
5-08-2016, 20:39
Müğənni Tahir Cəbrayılov isti yay günlərində belə istirahətlə bərabər klip çəkilişinədə vaxt tapib
9-05-2015, 14:09
Hərbçilərimiz Moskvadakı Qızıl Meydanda Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə
20-10-2021, 10:06
İnstaqramda yeni fırıldaqçılar peyda olub - XƏBƏRDARLIQ
10-07-2015, 20:48
“İtkin gəlin”in qəhrəmanları 22 ildən sonra bir arada
17-01-2016, 12:36
Arnold Şvartsnegger bomj oldu