Silikonları çıxarmaq istəyən azərbaycanlı qadınlar artıb - SƏBƏBLƏR
Tarix: 11-01-2018 | Saat: 11:11
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Son 25-30 ildə tibbin ən sürətlə inkişaf edən sahəsi kosmetologiya, yəni estetik təbabətdir. Azərbaycanda, eləcə də dünyada qadınlar estetik, plastik əməliyyata tez-tez müraciət edirlər. Daha çox edilən plastik əməliyyatlar silikondan istifadə ilə müəyyən nayihələrin böyüdülməsidir. Silikondan daha çox sinənin, dodaq və ya yanağın böyüdülməsi məqsədilə istifadə edilir.
Maraqlıdır, bəs silikon qoyduranlarla yanaşı sonradan çıxarmaq istəyənlər də olurmu? Silikonların çıxarılma prosesi necədir? Bunun üçün həkimə müraciət edən qadınlar varmı?
Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, cərrah-həkim Vaqif Qələndərli bu mövzudan danışıb:
“Silikonlar cürbəcürdür. Biri var silikon, gel… Bu zərərlidir və mən ondan istifadə etmirəm. Biri də var implant. Onun tərkibi xüsusi jelatinoz maddədi, amma onun kapsulu var ki, o, orqanizmə sovrulmur. Ona görə, implantları qoymaq olar. FDA sertifikatı var. Dünyada onun istifadəsi üçün xüsusi komissiya icazə verir. Gel kimi vurulanlar isə olmaz. Zərərlidir. Dodaqların böyüdülməsi üçün müxtəlif gellərdən istifadə olunur. Gellər tez və gec sorulan olur. Təbii gellər bir neçə aydan bir ilə qədər olan müddətdə orqanizmdən tamamilə sorulub xaric edilir. Ümumiyyətlə dodağa , yanağa gel şəklində vurulan silikonları çıxarmaq bir qədər çətin olur. Hətta bəzən o silikonları bir dəfəyə deyil, iki-üç mərhələyə çıxarmaq mümkündür. Məhz bunun üçün müraciət edən qadınlar da var. Sinəyə qoyulan implantlar isə xüsusi kapsulanın içində olduğu üçün bədənə ziyanı olmur. Gellər birbaşa toxuma ilə təmasda olduğu üçün çox təhlükəlidir və fəsadları ola bilir”.
V.Qələndərli qeyd edib ki, silikonlar adətən hara qoyulubsa, elə həmin yerdən də çıxarılır:
“Bu baxımdan silikon çıxarılan zaman sonradan hər hansı iz yaranmır. Sinəyə silikon qoyduran qadınlar problem yarandığı üçün yox, yenidən silikon qoydurmaq üçün müraciət edirlər. Eləsi var ki, silikonu çıxarıb yerinə böyüsünün qoyulmasını istəyir. Problem mənasıda çıxaranlar isə çox azdır. Dodağa, yanağa vurulan silikonlar problemlərə səbəb olduğu üçün bu istiqamətdə müraciətlər daha çoxdur”.
Həkim bildirib ki, orqanlara keyfiyyətli gelin vurulması bir neçə dəfə təkrarlana bilər. Belə əməliyyatların dəfələrlə edilməsi orqanizm üçün heç bir fəsad yaratmır:
“Ötən illərlə müqayisə edən zaman qadınların silikon çıxarmaq üçün müraciətləri artıb. Lakin bu, təkcə Azərbaycanda belə deyil, bütün dünyada belədir. Ümumiyyətlə hər yerdə silikon qoydurmaq istəyənlər, çıxaranlar, yenidən silikon qoyduranlar kifayət qədərdir.
Əgər düzgün implantdan istifadə edilirsə, onu çıxarıb yeni silikonun qoyulmasında hər hansı problem yaranmır. Lakin maye şəklində olan silikonlar qeyd etdiyim kimi, təhlükə yarada bilir”.
(modern.az)
Xəbəri paylaş
6438 dəfə oxunub.
Digər xəbərlər

22-10-2018, 12:47
“Tünzalə, Tovuzdan gəlib seks-simvol oldun”
14-07-2016, 16:04
"Sahil" metrosunun yaxınlığında yanğın
29-11-2019, 18:39
Şahin Əliyev yeni yaradılan şöbənin müdiri təyin edildi
22-03-2016, 15:01
Ağdaş İH başçısından Ümummilli liderə hörmətsizlik
14-08-2020, 17:51
Dollar yeni həftəyə belə başlayacaq
27-10-2021, 12:58
Göyçayın icra başçısı haqda ŞOK İDDİA - şəhidlərin uyuduğu yerdə əyləncə mərkəz tikir
20-12-2018, 15:52
Hər ay ən azı 2-5 qadını hamilə qoyan kişi -"Mənə yüksək tələb var"
16-02-2016, 16:04
Yeganə oğlunu ititrən Afaq Gəncəli ailə qurmağa hazırlaşır - ÖZÜ DANIŞIR
30-04-2017, 13:37
"Zərbə endirə bilərik" - Ərdoğan