“Siz “şparqalka”dan istifadə etməmisiz?” - Rektor əsəbiləşdi
Tarix: 06-01-2018 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva universitetin tələblərinin imtahanda hiyləyə əl atması ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib.
Rektor açıqlamasında bildirib ki, universitetdə belə bir şey olmayıb:
"Bizim imtahanlarımız birinci gündən başlayacaq. Bu günə kimi cəmi iki imtahan olub. Nə oldu elə, iki imtahan olan kimi o saat nəsə yayıldı?! O başqa universitetlərə aid ola bilər. Bizdə belə bir şey yoxdur. Bilmirəm, bunu yalandan yazırlar, yoxsa necə yazırlar?
Səhər tezdən zəng vurub deyirsiz ki, uşaqlar "şparqalka"dan istifadə edib. Böyük iş olub elə bil. İmtahanda uşaq "şparqalka"dan da istifadə edər, çıxış üçün yüz dənə yollar da tapar. Nə olsun? Siz oxuyanda "şparqalka"dan istifadə etməmisiniz? Özünüzdən əfsanə düzəltməyin. Elə şey olmayıb. Yox bir qələmlərin üstünə nəsə ediblərmiş. Guya, qələm sifariş ediblər üstünə "şparqalka" yazmağa. Siz də ki sensasiya axtarırsınız. Kim nə paylaşdı tutun yazın. Vəkillərin öz işləri qurtarıb elə bil. İndi də "şparqalka"dan yazmalıdırlar".(qafqazinfo)
Qeyd edək ki, vəkil Aqil Layıc sosial şəbəkədə universitetin Filologiya və Xarici dil Müəllimliyi Fakultəsinin tələbələri (rus bölməsi), Nizami Gəncəvinin yaradıcılığı mövzusunda keçirilən imtahanda cavabları qələmlərin üzərinə yazdığı barədə məlumat yayıb.
Xəbəri paylaş
7328 dəfə oxunub.
Digər xəbərlər

27-09-2016, 10:17
"Günəşli"dəki yanğın söndürülüb
21-06-2020, 23:14
Göygöldə qadınlar arasında bıçaqlanma
1-04-2016, 23:36
Sarışın müğənni yeni imicdə - fotolar
25-04-2015, 13:28
Ollandın Azərbaycana səfəri başa çatdı
11-04-2022, 10:23
Bekhemin oğlu milyarderin qızı ilə evləndi - Fotolar
21-08-2016, 13:52
Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı – FOTO
17-08-2022, 11:47
"Məktəbli forması başdan-ayağa hoqqabazlıqdır" - Deputat
3-07-2015, 17:28
Leyla və Arif Yunusların məhkəməsinin vaxtı məlum oldu
8-12-2015, 22:28
İran Rusiyadan T-90 tankı alır