Dahilərin qidası kinkan: faydalı və müalicəvi xüsusiyyətləri
Tarix: 02-01-2018 | Saat: 17:19
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Kiçik ölçülü, qeyri-adi dada malik olan bu sitrus meyvəsi çox faydalı xüsusiyyətlərə malikdir.
Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları ilə zəngindir.
Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkanın qabığı da çox faydalıdır.
Kinkan immun sistemini möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirə malikdir.
Kinkan soyuqdəymə, öskürək, respirator infeksiyaları zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir.
Kinkan az kalorili meyvədir. Bundan əlavə kinkan orqanizmə artıq kaloriləri "yandırmağa" kömək edir.
Kinkan sinir sistemi üçün olduqca xeyirlidir. Kinkan depressiyalar, nevrozlar, xroniki yorğunluq sindromu zamanı istifadə oluna bilər. Bu meyvə sinir sisteminə sakitləşdirici təsir edir, gərginliyi azaldır, stresdən çıxmağa kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu meyvəni tez-tez qəbul etməlidir. Belə hesab olunur ki, kinkan əqli fəaliyyəti yaxşılaşdırır.
Kinkanın digər faydalı xüsusiyyəti orqanizmdə pis xolesterinin səviyyəsini azaltmaqdan ibarətdir. Ümumillikdə kinkan insanın ürək-damar sisteminə çox müsbət təsir edir, ürək və damar xəstəliklərinin profilaktik vasitəsi sayılır.
Ürək-damar sistemində pozulmalar olan insanlar (və həmçinin sağlam insanlar) bu kimi reseptdən istifadə edə bilərlər: 1 stəkan bal və 1/2 kq blenderlə əzilmiş kinkan meyvəsini qarışdırın və gün ərzində 1 çay qaşığı olmaqla 3 dəfə qəbul edin. Bu vasitə həm də immun sistemini möhkəmləndirir.
Xəbəri paylaş
1 0808 dəfə oxunub.
Digər xəbərlər

26-02-2021, 15:34
Qasparyan Paşinyanla görüşdən imtina etdi
12-12-2022, 12:44
Azərbaycanda 17 yaşlı qız ilə nişanlanan kişi ilə bağlı - ŞOK MƏLUMATLAR
14-11-2016, 11:41
Rusiya Ermənistanla birgə qoşun yaradır - Putin sərəncam verdi
6-08-2020, 00:19
Çimərliklərdən istifadə qaydası AÇIQLANDI
10-05-2019, 17:15
Elmar Hüseynovun qətli ilə bağlı DTX-ya müraciət olundu
16-06-2018, 11:33
Mərhum nazirin gəlinindən ərinə ROMANTİK TƏBRİK: “Əsl sevgi...”
29-03-2017, 19:30
Portuqaliyada aeroporta Ronaldonun adı verildi
23-01-2019, 11:17
29 yaşlı oğlan özünü asdı-Bakıda
9-12-2015, 18:00
Kukla Teatrından uşaqlara tətil hədiyyəsi
17-12-2016, 12:07
Azərbaycanda bank olmayan yeni maliyyə institutları yaranacaq