Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda yol qırğını: 12 ölü, 27 yaralı
Tarix: 11-12-2017 | Saat: 13:25
Bölmə:Karusel / Gündəm | çapa göndər


 
İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 12 nəfər vəfat edib.Şənbə günü ölkə yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər vəfat edib, daha 12 nəfər isə ağır və orta ağır dərəcəli xəsarətlər alıb. Şənbə günü Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Bakının Suraxanı rayonunda isə avtomobil ahıl qadını vurub öldürüb.
 
Bazar günü də ölkə yollarında baş vermiş qəzalar 6 nəfərin həyatına son qoyub. Həftənin son günü ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində daha 15 nəfər xəsarət alıb. Bazar günü Bakının Nərimanov, Sabunçu və Qaradağ rayonlarında, eləcə də Gəncə avtovağzalında və Balakəndə piyadalar yol qəzasının qurbanı olub. Tərtərdə isə iki avtomobilin toqquşması insan itkisi ilə nəticələnib.
 
Hər bir faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

5138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___