Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasına xəbərdarlıq edib
Tarix: 03-11-2017 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib.
Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.
S. Bağırov piketin təşkilatçılarını qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 3-də saat 15.00-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirilməsi ilə bağlı müraciət edib. Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və piket keçirilməsinə razılıq verilməyib.
Müsavat Partiyası BŞİH-in bu qərarını qanunsuz sayaraq bu gün saat 16.00-da həmin ünvanda piket keçirəcəyini bildirib.
Xəbəri paylaş
7078 dəfə oxunub.
Digər xəbərlər

28-10-2016, 21:13
"Məkkədən gətirilən Zəmzəm suyu ilə xərçəng yayırlar" - Şeyxdən şok açıqlama - VİDEO
13-12-2016, 11:53
Bərdədə Ümummilli Liderin xatirəsi böyük ehtiramla anıldı -Fotolar
20-07-2020, 21:49
Tərtərdə qəza- 8 nəfər yaralandı
16-12-2018, 12:32
Röya ilə "Fəlakət" barışdı
27-01-2016, 15:34
Bakının mərkəzində vətəndaşdan xeyli saxta pul götürüldü
5-09-2017, 15:17
Ceyhunun “Onsuz” keçən 10 günü- VİDEO
14-02-2016, 18:55
Rəşad Sadıqov ciddi zədə aldı
8-10-2017, 19:43
“O Ses Türkiye”yə qatılan azərbaycanlı hamını heyran etdi – VİDEO