Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kürdlər İraqın Kərküklə bağlı tələbini rədd etdilər
Tarix: 15-10-2017 | Saat: 10:26
Bölmə:Karusel / Siyasət | çapa göndər


“Peşmərgə” kürd silahlı dəstələri Bağdadın Kərkük yaxınlığında keçidin boşaldılmasına dair tələbini icra etməkdən imtina edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə  görə, rəsmi Bağdad  “peşmərgə” qüvvələrindən saat 00.00-dək (Bakı vaxtı ilə 02.00-dək) “Məktəb Xalid” keçidindəki mövqeləri  boşaltmağı tələb etmişdi.
 
Həmin mövqelər aviabaza və bir neçə neft yataqlarını nəzarətdə saxlamağa imkan verir.
 
Hazırda Kərkük kürdlərin nəzarətindədir.  
 
Qeyd edək ki, İraq parlamentinin spikeri Səlim əl Caburi kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə danışıqlar aparmaq üçün Ərbilə gedib.   
 
Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib.
 
Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib.   




Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___