"Məqsədimiz bölgədə sabitliyə nail olmaqdır"
Tarix: 08-10-2017 | Saat: 10:37
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər
"Məqsədimiz GUAM çərçivəsində regional əməkdaşlığı daha da genişləndirmək, bölgədə sabitliyə nail olmaqdır".
Bu sözləri jurnalistlərə müsahibəsində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev söyləyib.
O deyib ki, GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçiriləcək görüşdə, təşkilatın yaranmasından keçən vaxt ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, regional münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Baş katibin sözlərinə görə, ABŞ, Yaponiya kimi dövlətlər, Vişeqdrad qrupu, Baltikyanı ölkələr və digər nüfuzlu beynəlxalq təşkilatlar GUAM-a böyük maraq göstərirlər. Toplantıda bu ölkə və təşkilatlarla da əlaqələrin, əməkdaşlığın genişləndirilməsi məsələsi əsas müzakirə mövzularından olacaq.
Xəbəri paylaş
6078 dəfə oxunub.
Digər xəbərlər

9-09-2020, 18:35
Restoran sahiblərinə - Xəbərdarlıq
24-11-2015, 22:43
Min illik bir bağlama tapıldı - "2957-ci ilə qədər açmayın" (Foto/Video)
3-03-2017, 00:08
Özbəkistanda uşaq bağçaları gecələr pritona çevrilirmiş
20-10-2021, 10:10
“WhatsApp”ın redaktə funksiyasında YENİLİK
24-11-2015, 21:14
Ağstafada avtomobillə qatar toqquşub, yaralılar var
3-03-2016, 17:05
Qəzənfər Paşayev Aşıqlar Birliyinə yeni sədr seçildi
28-06-2016, 01:30
Zakir Həsənov məzunlarla görüşüb
30-05-2016, 12:45
İŞİD-in maaş cədvəli ələ keçdi
20-08-2018, 16:40
Tarif Şurasından Aİ 92 benzinlə bağlı açıqlama - RƏSMİ