Deputat Fəzail İbrahimlinin oğlu avtomobillə tələbəni vurub
Tarix: 04-10-2017 | Saat: 17:22
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Xəbəraz.Az-ın Report-a istinadən xəbərinə görə, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli “Jeep Wrangler” markalı “90-BJ-555” dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.
Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.
Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.
Xəsarət almış tələbənin atası Şakir Nurullayev “Report”un əməkdaşı ilə söhbətində oğlu Qərib Nurullayevin orta-ağır dərəcəli xəsarət aldığını təsdiqləyib: “Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib”.
Deputat Fəzail İbrahimli isə “Report”a açıqlamasında oğlunun heç kimi maşınla vurmadığını deyib. O, “Oktyabrın 2-də oğlunuz Tural İbrahimli xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya aparıbmı” sualına isə belə cavab verib: “Vurmaq ayrı şeydir, kömək etmək ayrı. Qısa və aydın şəkildə deyirəm ki, mənim oğlum heç bir qəza törətməyib”.
Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.
Xatırladaq ki, ötən gün xəbər hazırlanarkən deputat Fəzail İbrahimli əvəzinə, onun həmkarı Fəzail Ağamalının adı hallandırılıb. "Report" mənbənin verdiyi yanlış informasiyanı dərc etdiyinə görə Ağamalı ailəsindən üzr istəyib.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

29-03-2017, 20:28
Məşhur aparıcıların gəlirləri: Sponsordan faiz alan, həyat yoldaşı dəstəkləyən, gizlədən…
5-06-2016, 16:34
Əbru əri üçün kirayə ev tutdu: Zərrab azadlığa çıxır?
20-12-2015, 00:02
"Azenerji" şefinin başı dərddə - Haqq-hesab zamanıdır...
16-02-2016, 20:33
Davudoğludan Rusiyaya sərt ifadələr - "Alçaq, xain..."
23-05-2017, 12:20
Mehriban Əliyeva: "Paytaxtımız İslam aləmini açıq qəlblə qəbul etdi"
30-04-2018, 10:37
BNA: Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək
4-10-2018, 14:42
Rusiya nəşri Bakı haqqında: Qonşularımızda görməli çox yer var
29-07-2016, 21:15
Avqustda 42 dərəcə isti gözlənilir - Aylıq proqnoz
10-01-2019, 19:28
Quba-Xaçmaz yolunda ağır qəza: 4 nəfər öldü -Biri dünya çempionudur