Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Birinci sinifə getdiyi gün vəfat etdi - 6 YAŞLI UCAL VƏ QARDAŞININ ACI TALEYİ
Tarix: 17-09-2017 | Saat: 20:42
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Sentyabrın 15-də axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq və Ucarın Müsüslü kəndləri arasındakı hissəsində 2 azyaşlı qardaşın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb. Bakı şəhər Qaradağ rayon sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota Previa” markalı minivan tipli avtomobilin yolun ortasındakı arakəsməyə çırpılaraq aşması nəticəsində ölən sürücünün oğlu Ucal Hüseynov elə həmin gün Sahil qəsəbəsindəki orta məktəbin birinci sinfinə gedibmiş. Günortadan sonra uşaq məktəbdən qayıdandan sonra onlar Bərdədə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxıblar.
 
Qeyd edək ki, Elmin Hüseynova məxsus 7 oturacaqlı avtomobildə 2 azyaşlı oğlu ilə yanaşı anası, həyat yoldaşı, bacısı, bacısının yoldaşı və onların iki övladı da olub. Onlar Bərdədə Elminin xalası oğlunun toyunda iştirak etmək üçün yola çıxıblar. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Xəbəri paylaş

1 1288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___