Partladılan avtoritet kimdir? - "Zona"nın yanındakı qadın məşhur model imiş - FOTOLAR
Tarix: 09-09-2017 | Saat: 16:57
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Ukraynanın paytaxtı Kiyevin “Bessarabskaya” meydanında bomba ilə yüklənmiş avtomobil partladılıb.Partlayış nəticəsində bir nəfər ölüb, bir qadın və bir uşaq ağır yaralanıb.
Araşdırma zamanı məlum olub ki, maşında partladılan şəxs Gürcüstan vətəndaşı, kriminal dairələrdə “Zona” ləqəbiylə tanınan Timur Maxauri imiş. Ukraynalı jurnalist Yuri Butusov bildirib ki, Timur Maxaurini kənardan idarə olunan minanın köməyi ilə öldürüblər. Onun iddiasına görə, bir-biriylə kriminal müharibə aparan banditlər öz münaqişələri zamanı kənardan idarə olunan minadan istifadə etmirlər.
Sitat: “Belə partlayışları hazırlamaq çox çətindir. Bu çox çətin sistemdir. Böyük ehtimalla bu işi Rusiya xüsusi xidmət orqanları görüb. Maxauri Türkiyədəki çeçen icmasının işlərinə dərindən bələd idi, Rusiya agenturasını adbaad tanıyırdı. Buna görə də Rusiya xüsusi xidmət orqanları üçün narahatlıq yaradırdı”.
Məlumata görə, Maxauri çeçen könüllülərindən ibarət “Şeyx Mansur” taborunun tərkibində Donbasda Rusiyaya qarşı döyüşüb. Bundan başqa o, Çeçenistan respublikasının başçısı Ramzan Kadırovun şəxsi düşməniydi.
Bu arada Maxaurinin yanında olan qadının da kimliyinə aydınlıq gəlib. Həmin şəxs məşhur ukraynalı model, “Dior” brendinin siması Natalya Koşeldir. Natalya dərhal xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Onun ayağının amputasiya edildiyi bildirilir. Yaralana uşağın vəziyyəti isə normaldır.
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

26-01-2016, 22:08
35 yaşlı Binə sakini aseton içərək intihar etdi
18-06-2019, 16:38
Şəhərin mərkəzində ərəblərlə intim alver: “100 dollar verəcəksən” – Foto
16-01-2017, 15:24
Əhali ötən il ərzağa 15 milyard manat xərcləyib
23-05-2020, 10:53
Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər" - Ceyhun Bayramov
12-05-2021, 17:47
Cıdır düzündə 29 il əvvəlki şəkli ilə FOTO çəkdirdi
3-03-2017, 17:57
Azərbaycan Milli Məclisinin deputatı Sevinc Hüseynova ana olub.
12-02-2016, 18:13
Rəsul Quliyevdən Vasim Məmmədəliyevə tənqid: “Adəm və Həvva əfsanədir“