Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bacı-qardaşı xüsusi amansızlıqla öldürən şəxs məhkəmədə özünü qismən təqsirli bilib
Tarix: 24-08-2017 | Saat: 17:27
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
 
Apa-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fəhmin Hümbətov ittiham aktını elan edib. İttihama münasibət bildirən A. Cəfərov özünü qismən təqsirli bilib. 

A. Cəfərov əməlindən peşman olduğunu qeyd edib. O bildirib ki, hadisəni 2-3 gün əvvəl törətməyi planlaşdırıb: "Birinci Saqili vurdum. Sonra Fəridə bunu gördüyü üçün onu da bıçaqladım".
 
A. Cəfərov hadisə barədə geniş danışmaq istəmədiyini, ibtidai istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib. O, hadisəni quldurluq məqsədilə törətmədiyini, evdən götürdüyü pulla avtomobilinə benzin doldurduğunu bildirib. 

Hakim və prokuror qətlin hansı məqsədlə törədildiyini soruşanda isə, A. Cəfərov "bilmirəm" deyib. 

Prosesdə zərərçəkmiş Lətifə Məmmədova da ifadə verib. O, A. Cəfərovun yalan danışdığını qeyd edib: "Azər son vaxtlar işləmirdi. Maddi durumları pis idi. Qayınanası deyirdi ki, o, işləmir. Evdə olan əşyaları satırdı. Azər dəfələrlə, bizim evdə oğurluğa cəhd edib. Mən əminəm ki, bu hadisəni də o qarət məqsədilə törədib". 

L. Məmmədova A. Orucov tərəfindən evində qəfil bıçaqlandığını və ondan sonra huşunu itirdiyini, heç nə xatırlamadığını deyib. 

Sonra şahidlər ifadə verib. 

Qeyd edək ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobildə L. Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.


Xəbəri paylaş

1 0578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___