Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhkəmə BDU-nun tələbəsi barəsində axtarış elan edib
Tarix: 10-07-2017 | Saat: 11:30
Bölmə:Karusel / Hadisə | çapa göndər



Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
 
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z. Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış elan olunub.
 
Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub.
 
Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.
 
Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.
 
Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
29-11-2017, 12:12 Sabahın hava PROQNOZU

bütün xəbərlər
____ Instagram ___