Porsche" ilə Xəyaləni öldürən şəxs barəsində - QƏRAR ÇIXDI
Tarix: 23-06-2017 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə | çapa göndər
Məhkəmə “Porsche” ilə qəza törədən yeniyetmə barədə qərar verib.
Bakı şəhər prokurorluğundan verilən məlumata görə, Sabunçu rayon Məhkəməsi Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Adil Məmmədovun (ad və soyad şərtidir) barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatətini təmin edərək, onun qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə 22 iyun 2017-ci il tarixdə qərar qəbul edib.
Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.
Qeyd edək ki, bu il mayın 3-də naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada, 24 yaşlı Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.
Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı, 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğlu A. Məmmədova verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

24-11-2016, 10:49
Azərbaycanda 14 dərəcə şaxta
26-05-2018, 18:45
Təhsil haqqını kazinoda uduzdu və ... - Gürcüstanda ölən tələbənin intiharının TƏFƏRRÜATI
14-10-2017, 09:42
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
22-03-2017, 11:40
Aktrisa Kəmalə Piriyevaya qadağa: "Sevdiyim kişi dedi ki..." - FOTO
21-11-2017, 11:42
Soçidə tarixi görüş Putin onu belə qarşıladı - FOTOLAR
6-09-2017, 10:57
Myanma ölkədən qaçanları saxlamaq üşün sərhədə minalar yerləşdirir
8-01-2022, 11:56
Sumqayıtda xəstəxanada baş verən yanğında 15 nəfər zəhərlənib, 32 xəstə xilas edilib
22-10-2018, 21:32
DAMM xarici əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərov "Fəxri Tələbə" adına laiq görüldü