Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maradona ulduz futbolçu haqda: O, axmaqdı
Tarix: 20-06-2017 | Saat: 10:33
Bölmə:Karusel / İdman | çapa göndər


Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona “Yuventus”un müdafiəçisi Dani Alveşin oyununu dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı mütəxəssis Braziliya millisinin üzvünü zəif futbolçu hesab edir.
 
Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fujayra” klubuna baş məşqçi təyin edilən Maradona 34 yaşlı cinah oyunçusunu təhqir etməkdən də çəkinməyib: “Dani Alveş axmaqdı. O, müdafiəçidi, ancaq öz mövqeyində çıxış etmir. Dani səviyyə baxımından Braziliya millisinin keçmiş cinah müdafiəçiləri Kafu və Maykondan uzaq qalır. Onlar daha güclü futbolçular idi. Alveş oyunda 3 dəfə topa toxunur və 8 dəfə fol edir. Əgər onun haqqında danışacağıqsa, yaxşısı budu mən gedim”.
 
Qeyd edək ki, Dani Alveş bu yaxınlarda Argentina yığmasının hazırkı kapitanı Lionel Messini Maradona ilə müqayisə etmiş və Leonun daha güclü olduğunu açıqlamışdı.


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___