Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günəş ləkələrinə qarşı maska – EVDƏ HAZIRLAYIN
Tarix: 18-06-2017 | Saat: 08:55
Bölmə:Karusel / Qadınlar | çapa göndər

Günəş ləkələrinə qarşı maska – EVDƏ HAZIRLAYIN
Günəş ləkələri bədənimizin günəşə ən çox məruz qaldığı nöqtələrdə yaranır. Bu ləkələr əslində günəşin təhlükəli tərəflərini göstərən ləkələrdir.
Mütəxəssislər qışda belə, günəş qoruma kremi olmadan çölə çıxmağı məsləhət görmür. Ancaq çoxumuz bu məsləhətə əməl etmirik. Ona görə də dərimizdə iri-xırda günəş ləkələri yaranır. Yaxşı, bəs bu ləkələr necə keçər? Ailem.az sizə günəş ləkələrindən xilas olmanız üçün tbii bir maska resepti verir. Bu maskanı evdə hazırlayacaqsınız. Həm pulunuz cibinizdə qalacaq, həm də tərkibi təbiidir.
Lazım olan vəsaitlər:
* 2 qaşıq qatıq
* ½ qaşıq karbonat (soda)
* ½ qaşıq limon suyu (təzə sıxılmış)
Maskanın hazırlanması:
Qatığı bir qaba qoyun, üzərinə karbonatı tökün və qarışdırın. Daha sonra üzərinə limon suyunu da əlavə edin. Əvvəlcə maskadan bir azca götürüb ləkənin üzərinə sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra maskanın qalanını da göz ətrafı xaric üzünüzün hər yerinə çəkin. Boyun və sinənizə də tətbiq edə bilərsiniz. 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü masaj edərək durulayın. Bu maskanı həftədə bir dəfə çəkə bilərsiniz.


Xəbəri paylaş

1 4008 dəfə oxunub.

Digər xəbərlər
8-06-2017, 13:04 Hərrac başa çatdı

bütün xəbərlər
____ Instagram ___