Əməliyyat olunan Murad Dadaşov: "Baxdı ki, infeksiya düşüb, proses pisləşib"
Tarix: 13-06-2017 | Saat: 13:01
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Əməkdar artist Murad Dadaşov ötən gün "Maşın" reailiti-şosuna çıxmayıb.
Proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib. Aparıcı hacı Nuran Hüseynov şoumenin bu səbəbdən efirə çıxa bilmədiyini söyləyib.
Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.
Şoumen əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, həqiqətən də, əməliyyat olunub:
"İyunun 11-də efirə gedən verilişə diqqətlə baxsanız, görərsiniz ki, mən yerimdən tərpənmirəm. Neçə gündür ayağımda ağrılar var. Ayaqqabılarımı tez-tez dəyişirəm. Elə düşündüm ki, onlar ayağımı incidir. Ən rahatlarını geyindim, amma yenə də ağrı keçmədi. Dünən səhər yuxudan oyandım ki, ayağım çox şişib. Həkimə getdim. Baxdı ki, infeksiya düşüb, proses pisləşib, dərhal əməliyyat olunmalıyam. Xəstəxanaya getdiyimi eşidən hacı Nuran da yanımda oldu. Bu insan bir dəqiqə məni tək buraxmadı".
M.Dadaşov bu gün efirə qayıdacağını söyləyib:
"Ötən gündən mənə o qədər zənglər gəlir ki... Bu gün efirə çıxacam. Sırada olmalıyam. Olmayanda heç nə alınmır. Fürsətdən istifadə edib gələn bütün aparıcılara təşəkkür edirəm".
Qeyd edək ki, şouda avtomobil uğrunda rəqqasə Oksana Rəsulova, aktyorlar islam Mehrəliyev və Elcan Rəsulov mübarizə aparır.
M.Dadaşovu ötən gün teleaparıcılar Mətanət Əliverdiyeva, Nuran Hüseynov, Azər Zahid və Murad Əzimzadə əvəzləyib.
Xəbəri paylaş
8888 dəfə oxunub.
Digər xəbərlər

18-02-2016, 14:33
Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib
18-11-2019, 18:52
"Siyasi mühacir" alverinin gizlinləri — Ermənilərdən kim nə qədər alırmış - ŞOK DETALLAR
20-02-2016, 21:18
Azərbaycanda daha bir türkiyəli iş adamı İnterpola verildi (FOTO)
29-06-2016, 09:57
Dolların məzənnəsi dəyişdi - Rəsmi
15-07-2017, 10:44
Selfi çəkmək istəyən qız 200 min dollarlıq eksponatı qırdı - VİDEO
22-05-2017, 13:40
Könül Xasıyeva tanınmaz hala düşdü — Prezidentə müraciət etdi - FOTO
13-06-2016, 18:00
Fransa polisi rus azarkeşlərə basqın etdi
8-09-2015, 13:18
Daha 9 rayonda əmək yarmarkası keçiriləcək
27-02-2016, 09:23
Şəmkirdə soyğunçu dəstə zərərsizləşdirildi - FOTO