Ordu Günü ilə Ramazan bayramı üst-üstə düşür - Qeyri-iş günlərinin sayı artırıldı
Tarix: 25-05-2017 | Saat: 15:10
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda iyun ayında dövlət səviyyəsində qeyd edilən iki bayramın təqvimdə eyni günə təsadüf etməsi ilə əlaqədar iş günlərində dəyişiklik edilib.
Nazirlər Kabinetindən bildirilib ki, iyunun 26-da və 27-də ölkədə Ramazan bayramı qeyd ediləcək və həmin günlər qeyri-iş günləri hesab ediləcək.
Lakin iyunun 26-sı həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü olduğundan və həmin gün də qeyri-iş günü hesab edildiyindən təqvim üzrə iş günlərində dəyişiklik edilərək qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayramının bir gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, iyunun 28-i də qeyri-iş günü olacaq. Beləliklə, iyunun 26, 27 və 28-i ölkədə qeyri-iş günü olacaq.
Həftələrarası istirahət günləri iş günləri hesab olunmayan bayram günləri ilə ardıcıl gəldiyindən ölkədə 5 günlük iş həftəsi ilə işləyənlər üçün 5 gün, 6 günlük iş həftəsi ilə işləyənlər üçün isə 4 gün qeyri-iş günü olacaq.
Qeyd edək ki, 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar həmin gün də iş günü olmayacaq.
Xəbəri paylaş
5198 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 22:46
Rusiyadan Ermənistana 7 milyon yardım
30-08-2022, 11:27
Mingəçevirdə 16 yaşlı gənc ad günündə Kürdə boğularaq ölüb
30-03-2022, 10:14
Günə 2 mixək çeynəməyin 5 faydası - Qədim şahların adəti imiş - VİDEO
6-07-2016, 21:26
14 yaşlı yeniyetmə kanalda batdı
31-07-2022, 18:01
Norveç millisinin üzvü “Qalatasaray”a KEÇDİ
29-02-2020, 16:57
Putinə dedim ki, sənin orada nə işin var?" - Ərdoğan
25-01-2016, 10:36
Cəbhədən son xəbər
25-12-2015, 23:53
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi həbs edildi