Bakıda ər arvadını döyüb xəstəxanalıq etdi, evə qayıdanda isə...
Tarix: 17-05-2017 | Saat: 11:52
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ötən gecə paytaxtın Xətai rayonu NZS qəsəbəsində Rəhimov Səbuhi Əsgər oğlu həyat yoldaşı 27 yaşlı Rəhimova Aynur Sehrəddin qızını qısqanclıq zəminində döyüb. Bundan sonra Aynur Rəhimova təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
İlkin müayinələr zamanı Aynur Rəhimovada başın təpə nahiyəsində müxtəlif xəsarətlər aşkar edilib. İlkin yardım alan 27 yaşlı qadın xəstəxanada qalmaq istəmədiyini bildirib və ambulator müalicəyə buraxılıb.
Gecə saatlarında evinə qayıdan Aynur Rəhimova yenidən həyat yoldaşının təzyiqləri ilə üzləşib. Belə ki, bu dəfə Səbuhi Rəhimov həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Yaralı qadın yenidən 3 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahiyə əməliyyatı olunub. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır hesab olunur.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb və Səbuhi Rəhimov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmələr zamanı içkili vəziyyətdə olan Rəhimov həyat yoldaşını qısqanclıq zəminində vurduğunu bildirib.
Saxlanılan şəxsin qohumlarının verdiyi məlumata görə, S.Rəhimov 5 ildir ailə həyatı qurub və 2 azyaşlı övladı var. Fərdi əməklə məşğul olan S.Rəhimov daim evə içkili vəziyyətdə gəlib və həyat yoldaşını döyüb.
Təyin olunacaq məhkəmə tibbi-ekspertizasından sonra fakta hüquqi qiymət veriləcək.
Xəbəri paylaş
1 0338 dəfə oxunub.
Digər xəbərlər

1-09-2016, 17:10
Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərinə gedib
8-07-2015, 15:47
Ayılar bu kişinin dostudur - VİDEO
22-12-2021, 09:04
Qaz sayğaclarını sıfırlamaq istəyənlərin NƏZƏRİNƏ! - Bu nömrəyə SMS göndərin - VİDEO
27-09-2015, 14:00
Bir vaxtlar onlar da jurnalist idilər...
2-07-2021, 01:32
Bakı klubu braziliyalı futbolçu transfer etdi
20-12-2016, 01:33
Rusiya səfirin qətlini cavabsız qoymayacaq
25-06-2017, 19:40
Gözüm atır. SƏBƏBLƏR və HƏLLİ
29-01-2020, 12:11
Axtarışda olan kişinin parçalanmış cəsədi tapıldı - FOTO+VİDEO
29-10-2023, 11:54
Azərbaycanda DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi
27-03-2018, 11:09
Türkiyə Afrində daha 2 şəhid verdi