Azərbaycanda dustaq məhkəmə zalından qaçdı - FOTO
Tarix: 13-05-2017 | Saat: 12:59
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycanda dustaq məhkəmə zalından qaçıb.
Xəbəraz.az report-a istinadən xəbər verir ki, hadisə Şəmkir rayonunda baş verib.
Belə ki, Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. Qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən E.Murtuzovun tutulması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Babayev Namiq Əli oğlunu bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.
E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.
Xəbəri paylaş
9458 dəfə oxunub.
Digər xəbərlər

2-01-2023, 11:34
Flora Kərimovanın LÜKS EVİ: "Bəli, tavan qızıldandır" - VİDEO
4-09-2018, 13:38
1 çavuşun öldüyü, 2 nəfərin yaralandığı qəzanın FOTOLARI
3-04-2016, 23:45
Fransız deputat: "100 erməni əsgəri öldürülüb"
8-10-2019, 14:30
Əli Əsədov Baş Nazir oldu - Yenilənib + Video
9-10-2015, 14:24
Pluton üzərindəki səmanın mavi olduğu aydın oldu
24-12-2016, 22:28
Tutuquşuların bulvara kütləvi köçü: onlar hardan gəlib? -Video
10-10-2017, 10:16
Azərbaycana ucuz və təhlükəli kərə yağları gətirildi
2-07-2017, 11:19
Yəməndə vəba epidemiyası: 1500 ÖLÜ
25-06-2015, 21:38
Gürcü hərbçilər Qafqazda İŞİD ilə qarşıdurmaya hazırlaşırlar
11-09-2020, 09:39
Ramiz Mehdiyevdən sensasion bəyanat: Əlimdəki faktları açıqlasam, çoxları ölkədən qaçar