Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb
Tarix: 29-04-2017 | Saat: 12:40
Bölmə:Karusel / Təhsil | çapa göndər
Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11% azalıb. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97.328 nəfər olan məzun sayı 2014-cü ildə 84.878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3.486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1.212 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib.
Hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır. 2016-cı ildə təklif olunan yer sayı keçən ilə nisbətən 7,5% və ya 2.905 yer artıb. 2010-cu ildə qəbul planı 30.510, 2011-ci ildə 31.419, 2012-ci ildə 34.098, 2013-cü ildə 36.537, 2014-cü ildə 37.841, 2015-ci ildə 38.831 və nəhayət 2016-cı ildə 41.736 olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin qəbul olunma şansını çoxaldır.
Xəbəri paylaş
8128 dəfə oxunub.
Digər xəbərlər

14-02-2019, 12:57
Ağdaş və Ucarda qəza: iki ölü
3-12-2022, 13:11
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
1-12-2022, 11:18
Qar yağacaq, şaxta olacaq - Dekabrın hava proqnozu
9-10-2017, 20:41
Damlaya görə özünü suya atdı - Video
20-04-2016, 23:06
Komorovski azərbaycanlı jurnalistin restoranında - Foto
6-04-2016, 13:11
ABŞ atəşkəsin təsdiqini alqışlayır - Səfirlik
23-10-2017, 09:47
İlkin Misgərli Talıb Taleyə qarşı - Maşın əldən getdi - VİDEO
24-03-2018, 11:45
Turistləri aparan avtobus aşdı: 4 ölü, 37 yaralı - VİDEO
11-01-2017, 16:09
Sevda 30 saniyəyə - 15 min qazanacaq