Prokurorluq bəraət alan qadının həbsini istəyir - Ərini öldürmüşdü
Tarix: 22-04-2017 | Saat: 12:45
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda ərini ürəyindən bıçaqlayaraq öldürən 27 yaşlı Nuridə Kərimovanın bəraət alması barədə hökmdən apellyasiya protesti verilib.
"Xəbəraz.az " qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2016-cı il iyulun 23-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini N.Kərimova deyib ki, əri V.Kərimov sərxoş vəziyyətdə onu döyüb, stulu başına vurmaq istəyəndə əlinə bıçaq götürüb və V.Kərimov üstünə gələndə bıçaq sinəsinə batıb. V.Kərimovun atası, hüquqi varisi Safa Kərimov məhkəməfə gəlini Nuridəni bağışladığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və N.Kərimovaya bəraət verilib. O məhkəmə zalından azadlığa buraxılıb.
Prokurorluq isə hökmdən narazı qalıb. Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Fərid Nağıyev hökmdən apellyasiya protesti verib. İş icraata götürülüb və ilkin baxış iclası aprelin 24-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilir.
Xəbəri paylaş
7308 dəfə oxunub.
Digər xəbərlər

31-03-2017, 22:13
Dibçəkdə çiyələk yetişdirməyin YOLLARI-Video
3-10-2015, 21:19
“Biz rusiyalıları terrorizm təhlükəsindən qoruyuruq“
29-08-2016, 14:16
Kərimova: "Atamın beyninə qan sızıb, reanimasiyadadır"
1-10-2017, 19:51
"Dünyanın ən güclü boksçuları Bakıya toplaşır" - Bernard Hopkins
10-09-2016, 10:26
Gerçək divlər - Dünyanın ən ucaboylu 10 qadını - VİDEO
10-06-2017, 19:47
“Sədərək”də yanğın
20-06-2017, 10:24
Bakıda QƏRİBƏ OLAY: inək yolla gedən kişini vurdu
9-03-2017, 14:35
DSX: Ötən ay dövlət sərhədini pozan 37 nəfər saxlanılıb
19-02-2019, 11:53
Azərbaycanda 17 nəfərdə donuz qripi virusu aşkarlanıb (RƏSMİ)