Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyuna gəlməyənləri məhkəməyə verən azərbaycanlı Rusiyanın 1-ci kanalında - VİDEO
Tarix: 06-04-2017 | Saat: 16:39
Bölmə:Karusel / Hadisə / Maraqlı / Xəbəraz TV | çapa göndər

Toyuna gəlməyənləri məhkəməyə verən azərbaycanlı Rusiyanın 1-ci kanalında - VİDEO

Rusiyanın Birinci telekanalında yayımlanan "Veçerniy Urqant" verilişinin aparıcısı İvan Urqant bu yaxınlarda Bakıda baş verən qəribə hadisəni geniş işıqlandırıb.

"Xəbəraz.az "baku.ws-ə istinadən xəbər verir ki, "Nikaha daxil olan Azərbaycan sakini toyuna gəlməyən qonaqları məhkəməyə verib. Qeyd olunur ki, şikayətçi toya gəlməyən 15 nəfərin ümumilikdə 1500 AZN məbləğində cərimə olunması haqda iddia irəli sürüb", - Urqant verilişin "Novosti ot İvana" rubrikasında bildirib.

O, verilişin sonunda "İndi də gəlin birlikdə nə üçün dəvət etdiyi qonaqların bu insanın toyuna gəlmədiyini araşdıraq" - deyə təbəssümlə bildirib.

Aparıcı zarafatla deyib:

"Ona görə də dəvətnaməni daha düzgün tərtib etmək lazım idi. Belə yazmaq daha düzgün olardı: "Əziz Məhəmməd və Günel, sizi 13 martda bizim toyumuza ya da 15 martda Bakı rayon məhkəməsinə dəvət edirik".

Qeyd edək ki, bir müddət əvvəl Bakı sakini özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət etmişdi.



Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___