ANS-in işi yenidən MƏHKƏMƏDƏ - Qərar nə olacaq?
Tarix: 03-04-2017 | Saat: 20:43
Bölmə:Karusel / Gündəm | çapa göndər
ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
"Xəbəraz.az "ın "Azadlıq" radiosuna istinadən məlumatına görə, şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib.
Eyni zamanda, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fəthullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.
Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.
ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

24-08-2018, 16:20
Bir paket qurdu 45 manata satır- PULA PUL DEMİR
5-01-2016, 19:42
Manatın sabaha olan məzənnəsi açıqlandı – RƏSMİ
11-10-2016, 10:54
Aşura günü bu məscidlərdə qanvermə aksiyaları olacaq - SİYAHI
20-07-2016, 15:32
İsmayıllıda DƏHŞƏT: sevdiyi qıza görə özünü yandırdı
27-03-2021, 10:31
Paşinyan Putinlə görüşəcək - KİV
13-01-2016, 22:25
Mondraqon özünü öldürmək istədi
11-03-2016, 12:58
Yeni nazir daha bir rəisi işdən çıxardı
27-04-2016, 12:08
Zakir Həsənov müavinini Moskvaya göndərdi
17-09-2018, 13:22
"Arxada qoyduğun çətinliklər səni öldürə bilməyibsə..." - Xərçənglə mübarizə aparan Zülfiyyə
18-02-2017, 22:52
İçində Ərdoğanın olduğu avtobus prezidentin mühafizəçisini vurub – VİDEO