Uşağını öldürən atanın TÜKÜRPƏDİCİ QƏTL MESAJI - FOTOFAKT
Tarix: 29-03-2017 | Saat: 19:09
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Sabirabadda yeddi yaşlı uşağın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.
"Xəbəraz.az "istipress-ə istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində dünən axşam baş verib. Belə ki, 27 yaşlı Röyal Məmmədov qaynanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qaynanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qaynanasından uşağı ona verməyi tələb edib. Qaynanası isə "qoy uşağı geyindirim, sonra apar" deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qaynanasına ismarıc ünvanlayır: "Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas". Həmin tükürpədici ismarıcın fotosunu sizə təqdim edirik:
Qeyd edək ki, amansız hadisəni törədəndən sonra qatil ata müstəntiqə zəng edərək: "Bir paçka siqaret al gəl, sənə meyit verəcəm" deyib.
Röyamin Məmmədov üçuşaqlı ailənin ən böyük övladıdır. Kənd məktəbinin birinci sinfində təhsil alan Röyamin əlaçı şagird olub. Nənəsinin sözlərinə görə, Röyamin atasından qorxurdu. Hətta hadisənin baş verdiyi gecə: "Nənə məni atama vermə, qorxuram" deyib.
Röyaminin anası Günel Məmmədovanın verdiyi məlumata görə, Röyal bir neçə il əvvəl kiçik oğlunu da qaçırıbmış. Lakin ona xələl yetirməyib geri qaytarmışdı. Amma bu dəfə fərqli oldu: "Röyal bilirdi ki, mən Röyamini çox istəyirəm. Məni ən çox onun ölümü yandırar. Ona görə də onu öldürdü " - deyib.
Xəbəri paylaş
1 0998 dəfə oxunub.
Digər xəbərlər

16-02-2021, 03:54
Kimi çörəyin qiymətinə, kimi də çəkisinə “əl gəzdirir” - AÇIQLAMA
14-06-2023, 10:30
Gəncədə yeniyetmə oğlan qonşusunun maşınını qaçırıb, qəza törətdi
14-11-2018, 13:40
Samuxda elektrik yarımstansiyasında partlayış, yaralılar var
7-06-2016, 22:15
ABŞ Əl-Qaidə ilə müttəfiqdir - Şok iddia
27-11-2021, 14:36
Cəlilabad Sakinləri: Saməddin Məmmədov Jurnalisti Döydüyünə Görə Həbs Olunub – Foto Və Video
14-03-2016, 10:05
Dolların bu səhərki məzənnəsi
15-08-2023, 12:51
Marketlərdə satılan ərimiş şokoladlar təhlükəlidirmi? - FOTO
30-06-2015, 00:38
Dollar bahalaşır: Yunanıstanda defolt
12-04-2015, 23:58
Darvinin "Təkamül Nəzəriyyəsi"
23-04-2017, 14:19
"Rəna, evli adamam, gecə mənə yığma..." - Zaur onu rüsvay etdi