Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə qardaş bacısını baltaladı - TƏFƏRRÜATLAR - YENİLƏNİB
Tarix: 16-03-2017 | Saat: 17:19
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bərdədə qardaş bacısını baltaladı - TƏFƏRRÜATLAR - YENİLƏNİB

Bərdə rayonunda baş vermiş cinayət hadisəsinin təfərrüatı məlum olub.

"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, Leyla İbrahimli rayonda fəaliyyət göstərən çay evlərinin birində ofisiant işləyirmiş. Ancaq qardaşı Hafiz İbrahimli buna etiraz edib. Bu səbəbdən tərəflər arasında münaqişə baş verib. Nəticədə H.İbrahimli bacısı L.İbrahimliyə balta ilə başından bir neçə dəfə zərbə endirərək qətlə yetirib. H.İbrahimli hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.
Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda araşdırma aparılır.

15:45

Bu gün Bərdə şəhərində baş verən dəhşətli qətlin ilkin təfərrüfatı bəlli olub.

Bərdə Şəhər Polis Şöbəsindən virtualaz.org saytına bildiriblər ki, hadisə qısqanclıq zəminində baş verib. "İlkin məlumatlara görə, 22 yaşlı Hafiz Vaqif oğlu İbrahimli 21 yaşlı bacısı Leyla İbrahimli ilə münaqişə edib. Bundan sonra o, bacısını baltalayaraq öldürüb. Bacısını öldürəndən sonra isə polis şöbəsinə gələrək, törətdiyi hadisəni etiraf edib", - polisdən bildiriblər.

Məlumatlara görə, Leyla İbrahimli bir müddət əvvəl qeyri-rəsmi yaşadığı kişi ilə ayrılıb. Hazırda polis əməkdaşları hadisə yerindədir.

Faktla bağlı cinayət işi açılıb.

13:48

Bərdə rayonunda qardaş bacısını balta ilə öldürüb.

"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Hafiz Məmmədov bacısı 21 yaşlı Leyla Məmmədovanın başından balta ilə bir neçə zərbə vuraraq öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

9078 dəfə oxunub.

Digər xəbərlər
19-04-2015, 01:08 Quran və İncil
2-10-2015, 00:54 Astroloji proqnoz

bütün xəbərlər
____ Instagram ___