Məcburi köçkünlərə verilən pulla bağlı - Dəyişiklik
Tarix: 20-02-2017 | Saat: 18:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə verilən əmək haqqının ödənilməsi 2017-ci ilin əvvəlindən dayandırılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsi işləməyən köçkünlərə həmin vəsaitin ödənilməsinin dayandırılması məsələsinə aydınlıq gətirib.
"Xəbəraz.az "xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin əmək haqlarının saxlanması müvafiq qərarla tənzimlənirdi:
“Qərarın icrası 1994-cu ilin may ayından indiyə qədər hər il uzadılırdı. Nazirlər Kabineti tərəfindən verilən həmin qərarın icra müddəti sonuncu dəfə 2017-ci il yanvarın 1-nə qədər uzadılmışdı. Qərarın icra müddətinin yenidən uzadılıb-uzadılmayacağı isə Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Konkret olaraq bu il hansı qərar veriləcəyinə dair hələ ki, məlumat yoxdur”.
Nazirlər Kabinetinin mətbuat xidmətindən məsələnin araşdırılacağı və ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti hər il uzadılırdı. Bu il isə müvafiq qərar verilməyib.
Xəbəri paylaş
9928 dəfə oxunub.
Digər xəbərlər

14-01-2017, 13:27
Hamilələr bu meyvənin suyunu içsin: Qrip və QİÇS-dən qoruyur-FOTO
8-11-2019, 14:57
Zaxarovadan Qarabağ AÇIQLAMASI
2-01-2017, 02:03
İŞİD Tartus hücumunu öz üzərinə götürdü
30-08-2021, 12:15
İntihar edən Qarabağ Qazisi ilə bağlı AÇIQLAMA - "“Azərsığorta”da 25 ildir ala bilmədiyi 6600 manat pulu olub"
23-03-2019, 21:17
Azərbaycanın məşhur meyxanaçısı vəfat etdi
14-09-2018, 20:43
Bin Ladeni öldürən şəxs: "Bombalarla yox, təhsillə qalib gələ bilərik"
30-06-2019, 07:00
Salyanda müəmmalı intihar
13-07-2021, 04:34
Eldar Həsənov əməliyyat olundu
27-05-2017, 13:21
Əli illər sonra ilk sevgilisini görüncə, baxın, neylədi - video