Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Min ayədən üstün olan ayə
Tarix: 28-01-2017 | Saat: 19:44
Bölmə:Karusel / İbadət | çapa göndər

Min ayədən üstün olan ayə



Həzrət Peyğəmbər (s) buyurur: "Müsəbbəhatda elə ayə vardır ki, min ayədən daha üstündür".

İmam Baqir (ə) buyurur: "Hər kim müsəbbəhatları yatmazdan əvvəl qiraət edərsə, ölməz, o zamana qədər ki, Qaimi (ə.f) dərk edər (yəni, görər). Əgər ölərsə, Peyğəmbərin (s) yanında olacaqdır".
Müsəbbəhat o surələrdir ki, ya "Səbbəhə", ya da "Yusəbbihu" ilə başlayır və bu surələri yatmazdan əvvəl oxumağın böyük fəzilətləri vardır. Həzrət Peyğəmbər (s) özü şəxsən bu surələri belə adlandırmış və özü də yatmazdan əvvəl onları qiraət edib, sonra yatağa uzanarmış. (Erfan)
Bəs müsəbbəhat hansı surələrdir?
Əgər hədislərimizə nəzər salsaq, görərik ki, müsəbbəhatların ancaq fəzilətlərinə işarə edilmişdir, ancaq hansı surə və neçə surə olduğu ilə bağlı məlumat yoxdur. Ona görə də bu surələrin sayı və adları ilə bağlı nəzər ayrılıqları mövcuddur. Bu nəzərləri üç dəstəyə bölmək olar.
1. Bir nəzərə görə müsəbbəhat surələrinin sayı yeddidir və onlar ibarətdir: "İsra", "Hədid", "Həşr", "Səff", "Cümə", "Təğabun", "Əla".
2. Əllamə Məclisi və Əllamə Təbatəbainin nəzərinə görə, beş surədir və ibarətdir: "Hədid", "Həşr", "Səff", "Cümə", "Təğabun".
3. Ayətullah Mərifətin nəzərinə görə 9 surədir və ibarətdir: "İsra", "Hədid", "Həşr", "Səff", "Cümə", "Təğabun", "Əla", "Furqan", "Mulk".
Hər bir halda biz də bu surələrdən bacardığımız qədərini yatmazdan əvvəl oxuyaq və biz də onun fəzilətindən bəhrələnək.


Xəbəri paylaş

1 2048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___