Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
“Bakı regionun Dubayına çevriləcək” — Ərdoğanın “sağ əli” ilə Azərbaycanla bağlı geniş MÜSAHİBƏ
Tarix: 25-01-2017, 21:36 | Saat: 15:47:00
Bölmə:Karusel / Bizim seçim / Müsahibə | çapa göndər

“Bakı regionun Dubayına çevriləcək” — Ərdoğanın “sağ əli” ilə Azərbaycanla bağlı geniş MÜSAHİBƏ



Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə baş müşaviri Yalçın Topçunun müsahibəsi

“Türkiyə-Azərbaycan əlaqələri dünya dövlətləri tərəfindən qibtə edilən səviyyəyə çatıb”

- Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini nəzərə alsaq iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsini necə qiymətləndirirsiz?

- Hazırda əlaqələrimiz qardaşlıq münasibətlərimizə yaraşan formada davam və inkişaf edir. Əminliklə deyə bilərəm ki, bu gün Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri ən yüksək səviyyədədir. Bəlkə də dünyada bizim qədər dostluq və qardaşlıq əlaqələri yüksək olan başqa dövlət yoxdur. Ortaq tariximiz üzrə əlaqələrimizin bu cür yüksək səviyyədə olmasını cənab dövlət başçılarımızın inşa etdiyi sağlam dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinə borcluyuq. İndi Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinin dəstəkçisi və yaxın strateji ortağıdır. Hazırda iki ölkə tarixində ən yüksək əlaqələrin yaşandığını düşünürəm. “Bir millət, iki dövlət” yanaşması bütün sahələrdə özünü uğurla doğruldur. Bu gün Türkiyə və Azərbaycan arasında xarici siyasət, iqtisadi və mədəni sahələrdə yüksək əməkdaşlıq dünya dövlətləri tərəfindən qipdə edilən səviyyəyə çatıb.

Dağlıq Qarabağ münaqişəsi və qondarma erməni soyırımı məsələləri ilə bağlı Türkiyə və Azərbaycanın göstərmiş olduğu mövqe və qətiyyətli iradə bir-birini uğurla tamamlayır.

Eyni zamanda, həyata keçirilən ortaq enerji layihələri və iqtisadi əməkdaşlıq Türkiyə və Azərbaycanın ciddi iradələrinin olduğunu ortaya qoyur. Gələcək illərdə də Türkiyə-Azərbaycan əlaqələrinin daha da irəli gedəcəyini düşünürəm.

Tarix boyu Türkiyə-Azərbaycan dövlətləri sevincdə də, kədərdə də bir-birinin yanında olublar. Hələ 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycanın yardımına, Çanaqqala döyüşündə isə azərbaycanlı qardaşlarımız Türkiyənin yardımına gəliblər. Ulu Öndər Mustafa Kamal Atatürk və Ümummilli Lider Heydər Əliyevin ideologiyaları başda olmaqla, indiki dövrdə də iki dövlət rəhbərlərinin dostluq və qardaşlıq münasibətləri ölkələrimizi daha da irəli aparacaq.

Azərbaycanın tarixi Dağlıq Qarabağ və ətraf rayonlarının ermənilər tərəfindən işğalı zamanı azərbaycanlı qardaşlarımıza qarşı böyük insanlıq cinayətləri işlənib. Bu cinayətlərin dünyanın diqqətinə çatdırılması üçün Türkiyə əlindən gələni edir və bundan sonra da davam edəcək.

Eyni zamanda, qardaş Azərbaycanın Prezidenti İlham Əliyev də 15 iyul hadisələri zamanı türk xalqının yanında olduğunu və ölkəmizə dəstək verdiyini bəyan edib. Azərbaycan Prezidentinin bu addımı son illərin tarixi üçün unudulmaz izlər buraxıb. Bütün bu cür addımlar Türkiyə və Azərbaycanın ən yeni tarixində ağıla gələcək yaxşı səhifələrdən biridir.

Türkiyə və Azərbaycanın iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP enerji layihələri və Bakı-Tiflis-Qars dəmiryolu xətti ölkələrimizdə sosial güzaranın yaxşılaşdırılması ilə yanaşı, bölgəmizdə də rifah və əmin-amanlığın inkişafına böyük təkan verir. Hazırda Azərbaycan və Türkiyə bu cür regional və beynəlxalq əhəmiyyətli layihələri uğurla reallaşdırmaqda davam edirlər. Bu baxımdan da mən ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin heç bir zaman sarsılmayacağını düşünürəm. Çünki bu əlaqələr öz gücünü ortaq tariximizdən və milli kökümüzdən alır.

“Ermənistan işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır”

- Türkiyə dövləti Dağlıq Qarabağ məsələsi və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mövqeyini açıq və birmənalı şəkildə bəyan edib. Eyni zamanda, Türkiyə Dağlıq Qarabağ məsələsində sonadək Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini bildirir. Bu məsələ ilə bağlı Türkiyə qardaş bildiyi Azərbaycan üçün daha nələri edə bilər?

- İlk növbədə Cənubi Qafqazda birdəfəlik sülh və sabitlik, xalqlar arasında etibarlı münasibətlərin qurulması Türkiyənin əsas hədəfidir. Şübhəsiz ki, bu əmin-amanlığın və sabitliyin yaranması və Türkiyənin öz hədəfinə çatması üçün ilk növbədə Azərbaycanın tarixi əraziləri işğaldan azad edilməli, bizim qanayan yaramız olan Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalından azad edilənədək, Azərbaycanın ərazi bütövlüyü təmin olunanadək Türkiyə bu məsələni diqqətdə saxlayacaq, izləyəcək. Dövlət rəhbərlərimizin də söylədiyi kimi, Türkiyə Azərbaycanın dəstəklədiyi bütün həll variantına müsbət baxır. Türkiyə bu münaqişənin sülh yolu ilə həlli üçün də Azərbaycanla koordinasiyalı iş aparmağa və bütün dəstəyi verməyə hazırdır.

Hazırda da Türkiyə Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı danışıqların vəziyyəti ilə mütəmadi olaraq maraqlanır, həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də beynəlxalq səviyyədə aparılan danışıqlarla əlaqədar Azərbaycanla birlikdə fəaliyyət göstərir.

Biz Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birliyin ortaq problemi hesab edirik və məsələ ilə bağlı beynəlxalq hüququn tələbləri çərçivəsiondə ədalətli qərar verilməsini istəyirik. Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli və ədalətsiz münasibət qəbul edilməzdir. Bu haqsızlığa bir an içərisində son qoyulmasını tələb edirik. Bu baxımdan da Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi açıq və birmənalıdır. Bizim tələbimiz odur ki, Ermənistan işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. Biz bütün tribunalarda bu haqsız işğala son verilməsini qaldırırıq. Bu məsələ ilə bağlı Türkiyə sonadək Azərbaycanın yanındadır.

“Azərbaycan işğalçı Ermənistana hələ ki, şans verir”

- 2016-cı ilin aprel döyüşləri zamanı Rusiya və digər xristian ölkələri işğalçı Ermənistana silah verirdilər. Qarabağda müharibə yenidən alovlanarsa, Türkiyə Azərbaycana açıq şəkildə hərbi yardım göstərə biləcəkmi? Yəni, bu cür hallara adekvat olaraq Türkiyə nə edə bilər?

- Az öncə də söylədiyim kimi, biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq. Bunun üçün də sülhün əldə olunması ilə bağlı Azərbaycanın apardığı səylərə Ermənistan tərəfinin də adekvat qarşılıq verməsi, sülh danışıqlarına hörmət etməsi şərtdir. Əgər bütün bunlara Ermənistan əməl etmək istəmirsə, o zaman müvafiq beynəlxalq təşkilatlar işğalçıya təzyiq göstərməlidir.

Digər tərəfdən isə Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək üçün müharibə başladığı təqdirdə, başqa dövlətlərin hərbi yardımına ehtiyacı olmayacaq. Çünki bu gün Azərbaycan ordusu öz ölkəsini qoruyacaq və torpaqları işğaldan azad edəcək gücə sahibdir və bunu da bütün dünya bilir. Ancaq Azərbaycanın sülh danışıqlarına hələ də üstünlük verməsinin yeganə səbəbi sülh istəməsidir. Azərbaycan işğalçı Ermənistana hələ ki, şans verir. Təbii ki, şans vermək də hər zaman mümkün deyil. Bir gün səbrin tükəndiyi zaman gəlir.

Tarixən biz türklər bütün çətin dövrlərdə qardaşımız Azərbaycanın yanında olmuşuq. Eyni zamanda, Azərbaycan da Türkiyənin yanında olub və bu, davam edir. Gələcəkdə də bunun əksi ola bilməz. Bu isə sizin sualınıza açıq və səmimi cavabımdır. Azərbaycan Türkiyədən nə zaman nə kömək istəsə, Türkiyədən olan qardaşları bütün imkanları ilə Azərbaycanın yanında olacaq. Əmin olun ki, Türkiyə hər zaman və sonadək qardaş Azərbaycanın yanındadır. Birinci Dünya müharibəsində olduğu kimi, bu gün də Azərbaycan ərazi bütövlüyü və müstəqilliyinin qorunması uğrunda şəhid olmağa hazır olan milyonlarca Türkiyə vətəndaşı var. Bütün dünya yaxşı bilir ki, türklər erməniləri tüpürcəyi ilə boğacaq gücə sahibdir. Azərbaycandan olan qardaşlarımız rahat və əmin olsunlar. Çünki artıq heç nə keçmişdəki kimi deyil. Türkiyə və Azərbaycan tək millət, iki dövlətdir. Bizim dövlətlərin ürəyi və tarixi isə birdir. Ona görə də Azərbaycana və ya Türkiyəyə təhdid yaradan hər kəs, qarşısında kimin olduğunu yaxşı düşünməlidir.

“Türkiyə və Azərbaycan yerləşdiyi regionun inkişafı və rifahı üçün birgə layihələr həyata keçirir”

- Türkiyənin də yer aldığı Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilə bağlı işlər artıq tamamlanmaq üzrədir. Bu il Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə ilk qatar səfərlərinə başlanılması nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin əhəmiyyətini necə qiymətləndirirsiz?

- Heç kəsə sirr deyil ki, bu gün Türkiyə və Azərbaycan yerləşdiyi regionun inkişafı və rifahı üçün birgə layihələr həyata keçirir, enerji və nəqliyyat sahəsində ortaq işlər görürlər. Enerji sahəsində Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kimi nəhəng layihələr həyata keçirilir. Bizim hədəfimiz təkcə bu regionla bitmir. Bu il biz Avropadan Asiyaya uzanan nəqliyyat koordirorlarının əhəmiyyətli tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmiryolu layihəsini tamamlayaraq, ilk qatar reysini işə salacağıq. Bakı-Tiflis-Qars dəmiryolu layihəsində görülən işlər artıq yekunlaşmaq üzrədir. Onu da deyim ki, müəyyən gecikmələrə və çətinliklərə baxmayaraq, bu layihənin inşası soyuq qış aylarında da davam etdirilib. Bu baxımdan da yaxın aylarda Bakı-Tiflis-Qars dəmiryolunda test gedişləri aparıldıqdan sonra istifadəyə veriləcək.

“Bakı-Tiflis-Qars dəmiryolu layihəsi başa çatandan sonra turist axını artacaq”

- Bakı-Tiflis-Qars dəmiryolu layihəsi istifadəyə verildikdən sonra bu, turizmin inkişafına necə təsir göstərəcək?

- Bakı-Tiflis-Qars dəmiryolu layihəsi nəqliyyat sahəsi ilə yanaşı, ticarət və digər sahələrin də inkişafı üçün yeni imkanlar açacaq. Bu, həm də qarşılıqlı turist axınına müsbət töhfə verəcək.

Bakı-Tiflis-Qars dəmiryolu tarixi “İpək yolu” beynəlxalq nəqliyyat layihəsini canlandıracaq. Bakı-Tiflis-Qars dəmiryolu layihəsi vasitəsilə Türkiyə və Azərbaycan üzərindən Pekin və London arasında birbaşa dəmiryolu əlaqəsi yaranacaq.

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi başa çatandan sonra ilkin olaraq illik 1 milyon sərnişin və 6,5 milyon ton yükün daşınması nəzərdə tutulur. 2034-cü ildə isə illik 3 milyon sərnişin və 17 milyon ton yük daşınması gözlənilir. Təbii ki, sərnişin sayının artması ilə turizim sektoru da inkişaf edəcək.

“Bakı regionun Dubayına çevriləcək”

- Türkiyənin yer aldığı digər nəhəng layihələrdən biri də Xəzər dənizi sahillərində salınan “Port of Baku” beynəlxalq dəniz limanı layihəsidir. Bu layihənin coğrafiyasına Çin, Hindistan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr daxildir. Hazırda da Türkiyə və digər dövlətlərə məxsus minlərlə yük maşını Xəzər dənizi hövzəsi limanlarından gələn yükləri öz ölkələrinə daşıyırlar. Dövlətlərarası nəhəng tranzit layihə olan “Port of Baku”-nun gələcəyini necə görürsünüz?

- Bildiyiniz kimi, Türkiyə üçün Orta Asiyaya çıxmaq üçün ən qısa və sərfəli quru marşrutu Azərbaycan və Bakı dəniz limanlarıdır. Azərbaycan üzərindən həyata keçirilən Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti son illər daha çox artıb. Şübhəsiz ki, burada Bakının Xəzər dənizi sahilində yerləşən Ələt beynəlxalq ticarət limanının böyük rolu vardır. Digər tərəfdən isə son illər dünyanın Qərb və Şimal yarımkürəsi arasında yerləşən önəmli maliyyə və ticarət mərkəzləri Şərqə doğru istiqamətlənib. Ancaq bu yerdəyişmə ilə eyni vaxtda “İpək yolu” kimi tarixi ticarət marşrutları da ciddi aktuallaşmağa başlayıb. Eyni zamanda alternativ marşrutlar kəşf olunmaqdadır. Bu baxımdan da Azərbaycan tarixən “İpək yolu” marşurutu üzərində öz əhəmiyyətli yerini qoruyub saxlamaqdadır. Bu gün Azərbaycan Xəzər dənizi hövzəsində ən sərfəli, rahat və etibarlı logistik mərkəz rolunu oynayır. Həmçinin, Azərbaycan Şərq və Qərb, Şimal və Cənub coğrafiyasının tam mərkəzində yerləşən ölkədir. Azərbaycanın bu cür geostrateji mövqeyi təkcə qonşu və regional dövlətlər üçün deyil, eyni zamanda digər dövlətlər üçün də əlverişli imkanlar yaradır. Yəni, İstanbul şəhəri dünyanın əsas mərkəzlərindən biri olduğu kimi, Bakı da yaxın gələcəkdə regionun Dubayına çevriləcək. Bu yaxınlarda İstanbulda salınacaq 3-cü böyük yeni hava limanı, 2016-cı ildə istifadəyə verilən Yavuz Sultan Səlim körpüsü və Avrasiya tuneli Türkiyə və dünya üçün nə qədər əhəmiyyətlidirsə, Ələt ticarət limanında yaradılacaq Azad İqtisadi Zona da Azərbaycan və Avrasiya regionu üçün o qədər vacibdir. Sadaldığım bu layihələr Azərbaycan və Türkiyənin yeni mənzərəsini yaradacaq.

“Ələt dəniz limanı Çinin təşəbbüs etdiyi nəhənd layihədə yer ala bilər”

- Türkiyə dövlətinin “Port of Baku” layihəsinə nə kimi töhfələri ola bilər?

- Bildiyiniz kimi, hazırda Türkiyə və digər dövlətlərə məxsus “TIR”-ların Xəzər dənizi üzərindən yük daşıması Bakıdakı Yeni Ələt Ticarət Limanı vasitəsilə təmin olunur. Ələt limanı “Ro-Ro” səfərlərini də həyata keçirməklə, öz əhəmiyyətini və rolunu daha da artırır. Təbii ki, bu rahatlıq və yüksək şərait Türkiyədən olan “TIR” sürücüləri və yük daşıyan şirkətlər üçün də müsbət addımdır. Hazırda Türkiyə və Azərbaycan hökumətləri Xəzər dənizi üzərindən yük daşınması və digər bu kimi işlərin həyata keçirilməsi ilə bağlı birgə iş aparırlar. Biz bu sahədə qardaş ölkəyə nə dəstək lazımdırsa, verməyə hazırıq. Biz də istəyirik ki, beynəlxalq yük daşınması həyata keçirən şirkətlərin ilk seçdiyi marşurut Bakı limanı və Xəzər dənizi olsun. Çünki Türkiyədən olan insanlarımız da qardaş Azərbaycanda olduqda, öz ölkələrindəki kimi çox rahat olurlar.

Onu da qeyd edim ki, Türkiyədə keçirilən “G-20” sammiti çərçivəsində Türkiyə və Çin hökumətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sazişlərin də həyata keçirilməsində Xəzər dənizi üzərindəki nəqliyyat keçidi layihələrindən istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda Çinin təşəbbüs etdiyi “OBOR” açıq iqtisadiyyat layihəsində də Bakı dəniz limanın da yer alması mümkündür. Hazırda bununla bağlı ortaq işlər aparılır.

Təbii ki, indi regionun ən böyük nəqliyyat layihəsi olan Bakı-Tiflis-Qars dəmiryolu xətti də istifadəyə veriləndən sonra “Port of Baku” layihəsinə böyük töhfələr verəcək. Yəni, Bakı-Tiflis-Qars dəmiryolu xətti vasitəsilə daşınan yüklərin sayı daha da aratacaq, şirkətlərin sayı çoxalacaq və alternativ sahələr yaranacaq. Bu da bütövlükdə Azərbaycan iqtisadiyyatına qazandıracaq.

“Rəcəb Tayyib Ərdoğan 2019-cu ilin seçkilərində də qələbə qazanacaq”

- Türkiyədə Konstutusiya dəyişikliyi ilə bağlı müraciət edilən təklifinin son maddəsi də qəbul edilib. Bununla da Türkiyədə 2019-cu ilin 3 dekabr tarixində prezident və parlament seçkiləri keçiriləcək. Seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın və digər namizədlərin şansını necə qiymətləndirirsiz?

- Türkiyə daha təsirli, sürətli və fəal bir idarəetmə sisteminə keçmək üçün bu addımı atdı. Bununla sistemdə mövcud olan nöqsanlar kifayət qədər aradan qaldırıla biləcək. Artıq daha çevik qərarlar qəbul edə biləcək güclü Türkiyə mövcud olacaq. Qatıldığı bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanan cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 2019-cu ilin seçkilərində də qələbə qazanacaq. Buna qəti şübhə etmirik.

“Azərbaycanda nazir olan dostlarım var”

- Azərbaycandan olan nazirlər və ya digər tanınmış şəxslərdən şəxsi dostluq etdiyiniz adamlar varmı?

- Onu deyim ki, mən hər zaman Azərbaycanla bağlı çıxışlarımda “biz iki dövlət, bir millətik” söyləyirəm. Yəni, Azərbaycan xalqı bizim əkiz qardaş və bacılarımızdır. Bütün Azərbaycanlıları öz qardaş və bacım olaraq qəbul edirəm. Qardaşlarım arasında isə fərq qoymuram. Doğrudur, Azərbaycana getdiyimdə və ya onlar Türkiyəyə gəldikdə, qardaşlarım arasında xüsusu ilə görüşdüyüm şəxslər var. Bunlardan mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun, xalq yazıçısı Anar Rzayevin, xalq şairi Sabir Rüstəmxanlının, onun həyat yoldaşı Tənzilə Rüstəmxanlının, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyevin, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, millət vəkilləri - Rövşən Rzayevin, Yaqub Mahmudovun, Aqil Abbasın, tarixçi alim Cəbi Bəhramovun, jurnalist Gülşən Behbudun, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsimovanın, müğənni Azərinin, TÜRKSOY-un Azərbaycandakı təmsilçisi Elçin Qafarlının, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının adlarını çəkmək olar. Ancaq Azərbaycan xalqının hər biri mənim üçün əzizdir, doğmadır. Mən Azərbaycana gələndə də özümü Türkiyədəki kimi rahat, öz Vətənimdə hiss edirəm.ölkə.az
шаблоны для dle 11.2

5098 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
20-10-2016, 15:05 "Qarabağ"da böyük ŞOK

{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___