İtkin düşən neftçilərin axtarışı davam etdirilir - Video
Tarix: 15-12-2016 | Saat: 21:49
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Xəzər dənizində baş vermiş bədbəxt hadisə nəticəsində itkin düşmüş 10 neftçinin axtarışı davam etdirilir.
Xəzər xəbər məlumat verir ki, itkin düşmüş neftçilərin axtarışına 10-dan çox gəmi və 1 helikopter cəlb edilib. Güclü küləyin səbəb olduğu qəza nəticəsində itkin düşənlərin axtarışında bir neçə qurum birlikdə çalışır. Hadisə ilə bağlı yaradılmış qərargahda SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov jurnalistlərin suallarını cavablandırıb.
Günorta saatlarında itkin düşənlərdən biri - Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılaraq gəminin göyərtəsinə çıxarılıb.
Maşinistlər Güloğlan Zülfüqarov, Ramiz Abbasov, operatorlar Azay Zülfüqarov, Vidadi Qurbanov, Həsənağa Hacıəliyev, Samir Əsədov, Cavid Bəhrəmov, Qorxmaz Rüstəmov və mexanik Elçin Həsənovun axtarışları isə davam etdirilir.
Onların ailələrinə saat 11-12 radələrində məlumat verilib və hər bir ailəyə xüsusi yaradılmış qruplar ayrılıb. Baş mühəndis axtarış işlərinin əhatəsinin genişləndirildiyini deyib. Neftçilərin hadisə baş vermiş ərazidə olmaq ehtimalları da var. Ancaq hava şəraiti gəmilərin həmin əraziyə yaxınlaşmasına imkan vermir.
Baş mühəndis Balamirzə Ağarəhimov dekabrın 12-dən etibarən pis hava şəraiti proqnozları ilə əlaqədar estakadadakı işçilərin əksəriyyətinin təxliyyə olunduğunu qeyd edib.
"Azneft" İstehsalat Birliyinin nümayəndəsi hadisə baş vermiş N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın istismara yararsız olması ilə bağlı səsləndirilən sualları da cavablandırıb.
Baş mühəndis hadisənin təbii hadisə kimi qiymətləndirilmədiyini və bütün lazımı tədbirlərin görüləcəyini qeyd etdi.
Xəbəri paylaş
7088 dəfə oxunub.
Digər xəbərlər

1-09-2016, 16:32
Sumqayıtda ağır qəza: ölən və yaralananlar var - YENİLƏNİB
28-07-2017, 16:36
Azərbaycanlı modeldən qalmaqallı fotolar
5-02-2018, 10:24
Ermənilər atəşkəsi bu gecədə pozub
5-02-2017, 09:57
Şübhəli müsəlmanlar ABŞ-a buraxılmayacaq
20-08-2016, 13:11
İtə güllə atdı... ERMƏNİYƏ DƏYDİ
1-06-2018, 13:14
Zidanın istefasının əsl səbəbləri açıqlandı
19-07-2018, 21:50
Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib.
15-09-2015, 09:11
Baş nazir istefaya göndərildi
27-09-2018, 13:05
BAKIDA AĞIR YOL QƏZASI BAŞ VERİB, 1 NƏFƏR ÖLÜB, 2-Sİ YARALANIB