Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı milyarderin qardaşı oğlu "KamAz"la "avtoşluq" etdi - VİDEO
Tarix: 26-11-2016 | Saat: 16:01
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Azərbaycanlı milyarderin qardaşı oğlu "KamAz"la "avtoşluq" etdi - VİDEO


Sankt-Peterburqda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovin qardaşı oğlunun "avtoş"luq etdiyi videogörüntü internetdə yayılıb.

"Xəbəraz.az " xəbər verir ki, həmin görüntüləri rusiyalı bloqer paylaşıb.

Videoda avtomobil həvəskarı olaraq tanınan 25 yaşlı İlkin Məmişovun Piterdə yüksək sürətlə "KamAz" markalı yarış maşınını sürdüyü əks olunub. Belə ki, onun idarə etdiyi yük maşını saatda 160 kilometr sürətlə hərəkət edən minik avtomobilini ötüb keçib.



Qeyd edilir ki, 501 nömrəli həmin yük maşını bütün dünyada tanınır. Avtomobil 2010-cu ildə Cənubi Amerikada keçirilən ralli yarışında qalib gəlib. Lakin yük maşını rəsmi olaraq Şəlalə Xəlilova adlı azərbaycanlı evdar qadının adına göstərilir.

Rusiya mediası milyarder qohumunun həmin avtomobili 4,8 milyon rubla aldığını yazır.

Tez-tez qaydaları pozan Məmişovun ümumilikdə 13 949 rubl cəriməsi var. Son videogörüntülərdən sonra isə Məmişovun ölkədən çıxmasının məhdudlaşdırılması və sürücülük vəsiqəsinin əlindən alınması üçün məhkəməyə müraciət edilib.



İlkinin əmisi Vaqif Məmişov isə açıqlama verərək etdiyi hərəkətə görə onu sərt danladıqlarını deyib: "Hər kəs açıq şəkildə dərk etməlidir ki, yol hərəkəti qaydaları hamı üçün qanundur".





Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___